İDMAN


“Qarabağ”-“Samtredia” oyununun biletləri satışa çıxarılıb

Bakı, 7 iyul, AZƏRTAC

Futbol üzrə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qarabağ” (Ağdam)-“Samtredia” (Gürcüstan) qarşılaşmasının biletləri iyulun 7-dən satışa çıxarılıb.

AZƏRTAC xəbər verir ki, azarkeşlər biletləri hər gün saat 10:00-dan 19:00-dək Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.

Biletlərin qiyməti sektorlara görə 1-5 manatdır. VİP sektoruna isə biletlər 30 manat təşkil edir.

Qeyd edək ki, “Qarabağ”–“Samtredia” matçı iyulun 11-də saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.