İDMAN


“Qarabağ”-“Şerif” oyunu heç-heçə yekunlaşıb

Bakı, 25 iyul, AZƏRTAC

İyulun 25-də Ağdamın "Qarabağ" klubu futbol üzrə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində ilk oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, təmsilçimiz Tofiq Bəhramov adına Respublika stadionunda Moldovanın "Şerif" komandası ilə qarşılaşıb.

Belaruslu baş hakim Sergey Tsinkeviçin idarə etdiyi oyunun birinci hissəsi komandamızın üstünlüyü şəraitində keçsə də, futbolçularımız rəqib qapısına yol tapa bilməyiblər.

İkinci hissəyə də Ağdam təmsilçisi daha fəal başlayıb. Ancaq birinci hissədə olduğu kimi, görüşün ssenarisi dəyişməyib. Futbolçularımız dəfələrlə rəqib qapısı qarşısında təhlükəli məqamlar yaratsalar da, top çərçivədən keçməyib.

Beləliklə, “Qarabağ”-“Şerif” görüşündə qalib müəyyənləşməyib - 0:0. Komandalar arasında cavab oyunu bir həftə sonra Moldovada təşkil olunacaq.

Qeyd edək ki, turnirə ikinci təsnifat mərhələsindən qoşulan Azərbaycan çempionu Gürcüstanın "Samtredia" komandasını mübarizədən kənarlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.