İDMAN


“Qarabağ”-“Şerif” oyununun biletləri satışa çıxarılıb

Bakı, 21 iyul, AZƏRTAC

Futbol üzrə Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk matçları çərçivəsində keçiriləcək “Qarabağ” (Ağdam)-“Şerif” (Moldova) qarşılaşmasının biletləri satışa çıxarılıb.

AZƏRTAC xəbər verir ki, azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.

Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5, VİP sektoruna isə 50 manatdır.

Qeyd edək ki, “Qarabağ”–“Şerif” matçı iyulun 25-də saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.