Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

“Qarabağ Taxıl” MMC-nin özəl pilot taxılçılıq təsərrüfatının fəaliyyəti ilə tanışlıq VİDEO

Beyləqan, 12 noyabr, AZƏRTAC

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqan rayonuna səfəri çərçivəsində “Qarabağ Taxıl” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) özəl pilot taxılçılıq təsərrüfatının fəaliyyəti ilə tanış olub.

Son illərdə ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, icra olunan dövlət proqramları ölkənin sosial-iqtisadi inkişafının dinamikliyini göstərən amillərdəndir. Bu gün Azərbaycanda sahibkarlar dövlət tərəfindən həm mənəvi, həm siyasi, həm də iqtisadi dəstək alır. Bölgələrdə yeni zavod, fabrik və digər istehsal müəssisələrinin fəaliyyətə başlaması işsizlik problemini aradan qaldırmaqla yanaşı, regionların potensialından düzgün istifadə mexanizmlərini də üzə çıxarır.

Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, həmçinin güzəştli kreditlər hesabına maliyyələşdirilən, müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrdən olan və ölkə əhalisinin keyfiyyətli ərzaq məhsullarına tələbatının ödənilməsinə xidmət edən iri və müasir müəssisələrin yaradılması xüsusi əhəmiyyəti ilə seçilir. Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq, ölkəmizdə müasir tipli müəssisələrin yaradılmasının miqyası genişlənib. Bu da aqrar sahədə sahibkarlığın inkişafını daha geniş şəkildə təşviq etməyə, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalına, ixrac potensialının və məşğulluğun artırılmasına güclü təsir edib. Digər tərəfdən, belə müəssisələrin yaradılması ölkənin ixrac coğrafiyasının genişləndirilməsinə, milli brendlərin yaradılmasına, kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin, eləcə də istehsalçı-emalçı-istehlakçı münasibətlərinin formalaşmasına, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasına və yeni iş yerlərinin açılmasına geniş imkanlar yaradıb. Belə müəssisələrdən biri də “Qarabağ Taxıl” MMC-nin özəl pilot taxılçılıq təsərrüfatıdır.

Məlumat verildi ki, bu layihənin həyata keçirilməsinə 10 milyon manat dövlət güzəştli krediti verilib. Təsərrüfatda tutumu 20 min ton olan taxıl anbarı kompleksi, gücü saatda 100 ton olan qurutma sistemi və tutumu 6 min ton olan logistik mərkəz yaradılıb. Dövlət investisiyaları hesabına “Yuxarı Mil kanalının tikintisi” layihəsi çərçivəsində ümumi uzunluğu 10,7 kilometr, suötürücülük qabiliyyəti saniyədə 16-18 kubmetr olan beton örtüklü kanal, yığılmış suların ərazidən kənarlaşdırılması üçün iki yeraltı suötürücü hidrotexniki qurğu və 7 kilometr uzunluğunda əsas suaxıdıcı kollektor tikilib. Bundan əlavə, Beyləqan rayonu ərazisində 1500 hektar sahədə qrunt sularının təmizlənməsi üçün kompleks meliorativ tədbirlər aparılıb, 35/10 kilovoltluq “Dostluq” yarımstansiyasından Beyləqan-Xaçınabad yolunun kənarı ilə 7 kilometr uzunluğunda köhnə elektrik xətti tamamilə yenilənib, 35/10 kilovoltluq “Xocavənd” yarımstansiyasından yüksəkgərginlikli ikidövrəli elektrik xətti çəkilib. Həmçinin, ərazidən keçən, uzunluğu 23 kilometr olan Daşburun-Beyləqan-Xaçınabad avtomobil yoluna asfalt örtük döşənib.

Dövlətimizin başçısının tapşırığına uyğun olaraq respublikada ilk özəl pilot taxılçılıq təsərrüfatı olan “Qarabağ Taxıl” MMC Ağcabədi və Beyləqan rayonlarının ərazisində müasir suvarma sistemlərinin tətbiqi ilə 4800 hektar sahədə yaradılıb. “Qarabağ Taxıl” MMC “Səba” şirkətinin müəssisəsi və istehsal sahələrindən biridir. Şirkətin səhmlərinin 25 faizi Azərbaycan İnvestisiya Şirkətinə məxsusdur. Bu təsərrüfat dövlət və özəl sektor əməkdaşlığının gözəl nümunəsidir. “Səba” MMC-yə, həmçinin “Səba” quş əti istehsalı müəssisəsi, “Biləsuvar Aqro” MMC-nin süd məhsulları zavodu, “Dəvəçi Broyler Dərin Emal” MMC aiddir.

Prezident İlham Əliyevə təsərrüfatda soya və silosluq qarğıdalı biçini, buğda səpini prosesi nümayiş olundu.

İqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına istehsal prosesi haqqında məlumat verdi.

Azərbaycan Prezidenti soya paxlasının əkin sahələri, məhsuldarlığı, istehsalı, ixracı, emalı və idxalın əvəzlənməsi imkanlarına dair məlumatları əks etdirən stendlərə baxdı.

Emal zamanı soya paxlasının 85-90 faizi yem və bitki yağına çevrilir. Yem tamamilə heyvan qidası üçün istifadə edilir. Quşçuluqda qidalanmada soyanın xüsusi çəkisi 32-35 faiz, dəyər çəkisi isə 48-53 faizdir. Heyvandarlıqda isə bu göstəricilər müvafiq olaraq 18-20 faiz və 53-58 faiz təşkil edir.

“Səba” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri Natiq Quliyev dövlətimizin başçısına məlumat verdi ki, müəssisə ölkədə yetişdirdiyi quşları öz yemi ilə bəsləyən yeganə şirkətdir. Burada yetişdirilən qarğıdalı və digər dənli bitkilər, soya məhsulu “Səba” quşlarının əsas yemini təşkil edir. 2013-cü ildən bu müəssisə “Səba” quşçuluq sahəsinin idxal olunan qarğıdalı yeminə tələbatını yerli məhsul hesabına tam aradan qaldırıb. Bu ildən böyük sahədə becərilməyə başlayan soya isə növbəti illərdə soyaya da idxal tələbini aradan qaldıracaq.

Diqqətə çatdırıldı ki, qarğıdalı və ondan alınan məhsullar üzrə respublikanın illik tələbatı təxminən 600 min ton, soyada isə 160 min ton təşkil edir. Bu məhsulların idxalının əvəzlənməsi üçün əlavə olaraq 50 min hektar qarğıdalı, 40 min hektar soya əkilməsinə ehtiyac var.

Sonra dövlətimizin başçısı iri fermer təsərrüfatlarının, aqroparkların, eləcə də “Qarabağ Taxıl” MMC-nin fəaliyyətlərini, həmçinin müəssisənin ilkin və mövcud vəziyyətini, təsərrüfatda dövlət investisiyası hesabına görülən işləri əks etdirən stendlərlə tanış oldu.

İqtisadiyyat naziri Şahin Mustafayev məlumat verdi ki, əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə artıq respublikanın 20 rayonunda 44 min hektardan çox sahədə 22 sahibkarlıq subyekti tərəfindən 32 iri fermer təsərrüfatı yaradılıb. Ümumi dəyəri 181 milyon manat olan bu təsərrüfatların yaradılmasına 72,4 milyon manat dövlət güzəştli kreditləri verilib. Hazırda Şəmkir rayonunda ərazisi 543 hektar olan aqroparkda logistik mərkəz, çeşidləmə və qablaşdırma, istixana, bağçılıq, tingçilik və digər istehsal, həmçinin infrastruktur müəssisələri yaradılır. Bundan başqa, Şabran rayonunda 1740 hektar ərazidə “Şabran Aqropark”ın təşkili işləri davam etdirilir. Ümumilikdə, respublikanın regionlarında 114,7 min hektar ərazidə 20-dən çox aqroparkın yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Bildirildi ki, təsərrüfatın yarandığı ilk illərdə 2250 hektar sahədə ərzaq buğdası əkilib və hər hektardan 5,5 ton olmaqla 12,4 min ton məhsul götürülüb. 2000 hektar sahədə isə qarğıdalı əkilib və hər hektardan 12 ton olmaqla 24 min ton yüksəkkeyfiyyətli məhsul istehsal edilib. Bu il növbəli əkinlə əlaqədar 250 hektar sahədə taxıl biçini aparılıb və hər hektardan 5,7 ton olmaqla 1,4 min ton taxıl götürülüb. İki min hektar dənlik qarğıdalı əkini sahəsində də biçin aparılıb. Hər hektardan 14 ton olmaqla 28 min ton məhsul əldə edilib. 1600 hektar soya əkini sahəsinin 1000 hektarında aparılan biçin zamanı hər hektardan 3,3 ton olmaqla 3,3 min ton məhsul istehsal edilib. Taxılı biçilmiş 160 hektar ərazidə isə silosluq qarğıdalı əkilib və yaxın günlərdə yaşıl kütlənin biçininə başlanılacaq. Təsərrüfatda dənlik qarğıdalıda məhsuldarlıq hər hektardan 140 sentnerədək, taxılda 60 sentnerədək və soya paxlasında isə 35 sentnerədək təşkil edir. Bundan əlavə, layihənin ikinci mərhələsi üzrə 1000 başlıq müasir heyvandarlıq kompleksinin yaradılması nəzərdə tutulub. Layihənin icrası nəticəsində 130-dək yeni iş yeri yaradılıb və orta aylıq əməkhaqqı 350 manat təşkil edir. Təsərrüfatda 20 adda 80 kənd təsərrüfatı texnikası və bütün infrastruktura malik özəl aqroservis yaradılıb. Buradakı təsərrüfat texnikası dünyanın aparıcı şirkətlərinin istehsalıdır və yüksək məhsuldarlıq əldə etməyə geniş imkan yaradır. İki hektar sahəsi olan aqroservisdə texniki təmir, yanacaqdoldurma, texnikanın yuyulması məntəqələri və digər infrastruktur var.

Təsərrüfat ilə tanışlıqdan sonra Beyləqan rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin işçiləri ilə görüşən Prezident İlham ƏLİYEV dedi:

-“Qarabağ Taxıl” təsərrüfatı Azərbaycanda ilk pilot layihədir. Bir neçə il bundan əvvəl təsərrüfat yaradılıb və onun yaxşı göstəriciləri var. Bu gün artıq Azərbaycanda 30-dan çox iri fermer təsərrüfatı var və ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində bu təsərrüfatlar çox böyük rol oynayır.

Mən bu gün vəziyyətlə tanış olarkən gördüm ki, bütün işlər yaxşı səviyyədə qurulub, böyük əkin sahələri artıq istifadədədir. Əvvəllər bu torpaqlardan demək olar ki, istifadə olunmurdu. Bax, o stendlərdəki fotoşəkillər bunu göstərir. Mənə verilən məlumata görə, indi burada ərzaq buğdası üzrə məhsuldarlıq hektardan 57 sentnerdir. Hesab edirəm ki, bu, rekord göstəricidir. Çünki ölkə üzrə orta məhsuldarlıq 30 sentnerdir. Biz bunu da yaxşı nəticə kimi qəbul edirik. Çünki əvvəlki illərdə 20-22 sentner idi. Sizdə isə 57 sentnerdir. Bu, onu göstərir ki, əgər düzgün yanaşma olarsa, bütün məsələləri ən yüksək səviyyədə həll etmək olar. Buradakı məhsuldarlıq demək olar ki, inkişaf etmiş ölkələrin səviyyəsinə yaxınlaşır.

“Qarabağ Taxıl” böyük təsərrüfatdır. Böyük investisiyalar qoyulub, o cümlədən dövlət tərəfindən maddi dəstək göstərilib, güzəştli şərtlərlə kredit ayrılmışdır və bu, dövlət-özəl sektorun birgə fəaliyyətinin nəticəsidir.

Bu gün bu təsərrüfatın fəaliyyəti ərzaq təhlükəsizliyinin təmin olunmasında öz rolunu oynayır. Azərbaycanda ilk dəfə olaraq məhz sizin təsərrüfatınızda soya əkilibdir. Bu da çox müsbət haldır. Əfsuslar olsun ki, əvvəlki illərdə bizdə soya əkilmirdi. Baxmayaraq ki, bu, çox səmərəli sahədir və il ərzində soya idxalı üçün Azərbaycandan xaricə 50 milyon dollardan çox pul gedir. İndi əgər biz özümüzü soya ilə təmin etsək, - qarşıya belə vəzifə qoyulub, - bu pul ölkəmizdə qalacaq. İkincisi isə, biz gələcəkdə soyanı ixrac da etməliyik. Bunun üçün imkanlar var. Siz - kənd təsərrüfatı ilə məşğul olan insanlar bunu yaxşı bilirsiniz.

Beləliklə, biz ərzaq təhlükəsizliyimizi təmin edəcəyik. Bu gün hələ ki, biz buğda ilə özümüzü tam təmin edə bilmirik. Bunun obyektiv səbəbləri var. Ancaq bu hədəfə yaxınlaşırıq. Bununla bərabər, bizim taxılçılıqda böyük ixrac potensialımız yaranmalıdır. Necə ki, biz meyvə-tərəvəz məhsullarını, digər məhsulları ixrac edirik, gələcəkdə taxılçılıq məhsullarını da ixrac etməliyik. Ancaq, əlbəttə, ilk növbədə daxili tələbatımızı ödəməliyik.

Bu gün deyə bilərəm ki, bütün ölkələr ərzaq təhlükəsizliyi ilə bağlı müəyyən narahatlıqlar yaşayırlar. Çünki dünyada əhali artdıqca tələbat da artır, torpaq sahəsi isə artmır. Əlbəttə ki, bu artan tələbatı ödəmək üçün çox ciddi addımlar atılmalıdır. Bizim o qədər də böyük torpaq sahəmiz yoxdur. Ona görə biz hər qarış torpaqdan səmərəli istifadə etməliyik. Bir qarış torpaq da boş qalmamalıdır. Digər tərəfdən, biz məhsuldarlığı artırmalıyıq. Qeyd etdiyim kimi, taxılçılıqda ərzaq buğdası hektardan 57 sentnerdir. Əgər ölkə üzrə məhsuldarlıq 40-45 sentnerə qalxsa, biz mövcud olan əkin sahələri ilə öz tələbatımızı ödəyəcəyik. Bəs məhsuldarlıq nədən asılıdır? Düzgün aqrotexniki tədbirlər görülməlidir. Texnika, - sizdə ən müasir, qabaqcıl firmaların texnikası vardır, - gübrələr verilir və iş düzgün təşkil edilməlidir. Dövlət öz tərəfindən nə lazımdırsa onu edir. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar. Dövlət tərəfindən fermerlərə subsidiyalar, güzəştli şərtlərlə gübrələr, yanacaq verilir, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli şərtlərlə kreditlər ayrılır, infrastruktur yaradılır. Bax, bu yol dövlət tərəfindən tikilibdir. Digər infrastruktur layihələri, elektrik enerjisi ilə bağlı layihələr də icra olunur ki, emal müəssisələri inkişaf etsin. Dövlət öz dəstəyini göstərir. Belə olan halda işlər daha sürətlə gedəcək.

Bu gün kənd təsərrüfatının inkişafı bizim üçün prioritet sahədir. Biz mövcud torpaq fondundan səmərəli şəkildə istifadə etməliyik. Biz yeni əkin sahələrini dövriyyəyə cəlb edirik və bu istiqamətdə işlər sürətlə gedir. Həm öz tələbatımızı ödəyəcəyik, həm də böyük ixrac potensialımız yaranacaq.

Beyləqan rayonunda kənd təsərrüfatının inkişafı üçün çox gözəl imkanlar, böyük torpaq sahələri var. İndi Beyləqanda pambıqçılığın inkişafı sürətlə gedir. Bu il və xüsusilə gələn il minlərlə hektarda pambıq əkiləcəkdir. Bu da fermerlərə pul gətirir.

Digər vacib sahələr də diqqət mərkəzindədir. İndi fermerləri və kənd camaatını çox maraqlandıran sahə baramaçılıqdır. Bu istiqamətdə də çox ciddi addımlar atılır. Bu da insanların həyat səviyyəsini yaxşılaşdırır. Biz özümüzü şəkər çuğunduru ilə tam təmin etməliyik ki, şəkər emalı zavodumuz yerli məhsul əsasında işləsin. Bu istiqamətdə işlər aparılır və aparılmalıdır.

Hər bir dövlət, o cümlədən Azərbaycan öz ərzaq təhlükəsizliyini təmin etməlidir. Biz artıq bu məqsədə çox yaxınlaşmışıq. Hələ ki, süd məhsulları ilə özümüzü təqribən 80 faiz təmin edirik. Buğda ilə özümüzü hələ ki, tam təmin edə bilmirik. Digər əsas ərzaq məhsulları da Azərbaycanda istehsal olunur.

Mən sizi görülən işlər münasibətilə təbrik edirəm. Arzu edirəm ki, “Qarabağ Taxıl” öz fəaliyyətini genişləndirsin, həm bu ərazidə, eyni zamanda, digər sahələrdə. Sizdə işlər yaxşı alınır, yaxşı nəticələr var. Mən gəlmişəm ki, bu nəticələri öz gözümlə görüm və sizi əldə edilmiş nəticələrlə, nailiyyətlərlə təbrik edim.

X X X

Müəssisənin əməkdaşı Vüsal Məmmədov: Cənab Prezident, bizim müəssisəyə xoş gəlmisiniz. Mən Aqrar Universitetin məzunuyam. Sizin təşəbbüsünüzlə 2012-ci ildə yüksək texnologiyanın tətbiqi ilə yaradılmış bu müəssisədə çalışırıq. Bu müəssisə yaradıldıqdan bu yana yüksək məhsuldarlıq əldə edilir. Bizim müəssisədə ölkə üzrə məhsuldarlıqdan iki dəfə artıq məhsul götürülür. Bu il biz hektardan 55-60 sentner ərzaqlıq buğda, 130-140 sentner dənlik qarğıdalı məhsulu əldə etmişik. Bizim müəssisə respublikada yeganədir ki, soya paxlası yetişdirməklə məşğuldur. Bu il 1600 hektar əkin sahəsinin hər hektarından 30-35 sentner məhsul əldə etdik. Çox sağ olun ki, belə yeni müəssisənin yaradılması üçün tapşırıq vermisiniz. Biz cavan mütəxəssisləri belə müəssisələrdə işləmək çox həvəsləndirir. Bütün bunlara görə bir daha minnətdarlığımızı bildirirəm.

Prezident İlham Əliyev: Sağ olun.

Müəssisənin əməkdaşı Etibar Hüseynov: Cənab Prezident, mən də pivot suvarma sistemlərində işləyirəm. Orada bütün müasir texnologiyaların tətbiqi nəticəsində əvvəlkilərdən fərqli olaraq həm su itkisinə yol verilmir, həm də ki, əl əməyi yüngülləşib. Buna görə də Sizə minnətdaram.

Prezident İlham Əliyev: Çox yaxşı. Pivot sistemi müasir texnologiyadır və biz bunun nəticələrini görürük, məhsuldarlıq bunun hesabına böyük dərəcədə artır.

Müəssisənin əməkdaşı Xaləddin Köçəriyev: Cənab Prezident, mən də mexanizator kimi əvvəllər sovet texnikası ilə işləmişəm. İndi texnika çox müasirdir, içərisində kondisioner, havalandırma sistemi, hər cür şərait var.

Prezident İlham Əliyev: Həmin bu “John Deere”də işləyirsən?

Xaləddin Köçəriyev: Bəli, “John Deere”i işlədirəm. Çox rahatdır, kompüter sistemi ilə işləyir.

Prezident İlham Əliyev: Əvvəllər hansı texnika ilə işləmisən?

Xaləddin Köçəriyev: Ancaq “Niva” kombaynında işləmişəm.

Prezident İlham Əliyev: Fərq böyükdür?

Xaləddin Köçəriyev: Fərq çox böyükdür. Allah Sizin canınızı sağ eləsin. Sizə minnətdaram.

Prezident İlham Əliyev: Bundan daha üstün texnika yoxdur.

Xaləddin Köçəriyev: Bəli yoxdur.

Prezident İlham Əliyev: Çünki “John Deere” dünyada bir nömrədir.

Xaləddin Köçəriyev: Allah Sizi qorusun, çox sağ olun.

Prezident İlham Əliyev: Mən çox şadam ki, indi Azərbaycanda belə gözəl şərait yaradılır. Sizin də iş şəraitiniz yaxşıdır.

Xaləddin Köçəriyev: Çox sağ olun, cənab Prezident.

Prezident İlham Əliyev: Bu texnikanın indi kondisioneri də var, kabinəsi də rahatdır, məhsulu itkisiz toplayır və sizin işinizi də yüngülləşdirir. Ona görə texnika, gübrələr, suvarma və işin düzgün təşkili, bax, bu nəticəyə gətirib çıxarır. İndi bizim bütün iri fermer taxılçılıq təsərrüfatları bu hədəfə çatmalıdır, necə deyərlər, 50-55 sentner adi bir hal olmalıdır.

Rayon sakini Yeganə Məmmədova: Möhtərəm cənab Prezident, icazə verin, mən də rayon ictimaiyyəti adından Sizi salamlayım, rayonumuza göstərdiyiniz yüksək diqqətə və qayğıya görə beyləqanlıların minnətdarlığını çatdırım. Qeyd edim ki, biz öz rayonumuzda normal şəraitdə yaşayırıq. Yaşayış üçün hər şəraitimiz var. İşığımız, suyumuz, qazımız, ən əsası iş yerimiz var. Bütün bunları Siz yaratmısınız. Biz öz ölkəmizi başqa dövlətlərlə də müqayisə edirik. Dünyanın əksər bölgələrində müharibələr gedir. Hər gün onlarla, yüzlərlə günahsız insanlar ölür. İqtisadi böhran hökm sürür. Çox şadıq ki, bizdə bu vəziyyət yoxdur. Azərbaycan firavan, sabit bir dövlətdir. Belə firavanlığa və sabitliyə görə Sizə minnətdarıq. Sağ olun. Allah Sizi qorusun. Allah Sizə yar olsun.

Prezident İlham Əliyev: Sağ olun. Beyləqan rayonunun inkişafı daim diqqət mərkəzindədir. Təsadüfi deyil ki, ilk pilot təsərrüfat Beyləqan və Ağcabədi rayonlarının ərazisində yaradılıbdır. Rayonun sosial problemləri öz həllini tapır. Mən bu gün məktəbin, uşaq bağçasının açılışında iştirak edəcəyəm. Bu gün, eyni zamanda, biz Beyləqana içməli suyun verilməsini qeyd edəcəyik. Bu da çox önəmli sosial layihədir. Çünki siz yaxşı bilirsiniz ki, bu problem rayonda həmişə olub. Su çatışmazlığı, suyun keyfiyyəti insanları narahat edirdi. İndi bu problem də aradan götürülür. Beyləqan şəhərinə fasiləsiz, təmiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su veriləcək.

Digər layihələr də icra edilir. Kənd yolları layihələri, elektrik enerjisi ilə bağlı layihələr. Qazlaşdırmanın səviyyəsi də kifayət qədər yüksəkdir, təqribən 80 faizə yaxındır. Ancaq işlər davam edir. Yeni yaşayış məntəqələrinin qazlaşdırılması nəticəsində bu göstərici Beyləqanda təqribən 95 faizə çatmalıdır. Yəni əsas infrastruktur layihələri icra edilir və bu gün real iqtisadiyyatın artımı ölkəmizi daha da gücləndirir. Şadam ki, artıq 30-dan çox iri fermer taxılçılıq təsərrüfatı var. Amma birinci təsərrüfat “Qarabağ Taxıl”dır. Ona görə siz birinci təsərrüfat kimi tarixdə artıq varsınız. Gərək nəticələrə, məhsuldarlığa və ümumi işimizə verdiyiniz töhfəyə görə həmişə birinci olasınız. Sağ olun.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

“Qarabağ Taxıl” MMC-nin özəl pilot taxılçılıq təsərrüfatının fəaliyyəti ilə tanışlıq VİDEO

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Azərbaycanda hakimlərin müstəqilliyinin gücləndirilməsi istiqamətində qanunvericiliyə edilmiş son dəyişiklikləri Avropa hakimləri yüksək qiymətləndiriblər

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur