İDMAN


“Qarabağ”–“Viktoriya” matçına 15 mindən çox bilet satılıb

A+ A

Bakı, 1 avqust, AZƏRTAC

Futbol üzrə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Qarabağ” klubu ilə Çexiya çempionu “Viktoriya” arasında keçiriləcək cavab oyununa bilet satışı davam edir.

AZƏRTAC xəbər verir ki, artıq qarşılaşmaya 15 mindən çox bilet satılıb.

Matçın sabah keçiriləcəyini nəzərə alsaq, bu gün və matç günündə daha çox bilet alışı gözlənilir. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:30-da başlayacaq.

Qeyd edək ki, Çexiyada keçirilmiş ilk oyunda qolsuz bərabərlik qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.