İDMAN


“Qarabağ” Vyana Şəhər Liqasında çempionluğu təmin edib

Vyana, 28 may, AZƏRTAC

Vyana Şəhər Liqasında mübarizə aparan “Qarabağ” komandası çempionatın başa çatmasına üç tur qalmış çempionluğu təmin edib. 16 komandanın yarışdığı Şəhər Liqasında 67 xalla cədvələ liderlik edən “Qarabağ” klubu ilə ikinci yerdə qərarlaşan “Mannsvört” klubu arasında 12 xal fərq mövcuddur.

Qeyd edək ki, azərbaycanlıların yaratdığı “Qarabağ” futbol klubu ötən il Avstriyanın II Landesliqasında çempion olub. Bu il Vyana Şəhər Liqasına yüksələn klub mövsüm ərzində sensasiyalı uğura imza ataraq, debüt etdiyi liqanın qalibi adını qazanıb. Bu uğurun ardınca “Qarabağ” növbəti yarış mövsümündə Şərq Regional Liqasında (Regional Liga Ost) çıxış edəcək. Bundesliqa və Birinci Liqadan sonra bu liqa ölkənin üçüncü ən güclü liqasıdır.

Klub Azərbaycan və Avstriya arasında dostluq münasibətlərini möhkəmləndirmək məqsədi ilə yaradılıb. Vyana klubunun idarə heyəti 4 Azərbaycan və 2 Avstriya vətəndaşından ibarətdir.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.