İDMAN
“Qarabağ” – “Viktoriya” oyununu türkiyəli hakimlər briqadası idarə edəcək
Bakı, 29 iyul, AZƏRTAC
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Viktoriya” matçının hakimləri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan və Çexiya çempionlarının avqustun 2-də oynanılacaq qarşılaşmasının idarə edilməsi türkiyəli hakimlərə tapşırılıb.
Bakıda keçiriləcək görüşü baş hakim Hüseyn Göçek idarə edəcək. Ona həmyerliləri Mustafa Əmrə Eyisoy, Kemal Yilmaz kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Bariş Şimşek yerinə yetirəcək.
Oyunun hakim-inspektoru İqor Satkii (Moldova), UEFA nümayəndəsi isə Andreas Akkelides (Kipr) olacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:30-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:31]
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]