İDMAN


“Qarabağ” futbol klubu UEFA-nın reytinq cədvəlində 120-ci pillədə qərarlaşıb

A+ A

Bakı, 11 iyul, AZƏRTAC

Futbol üzrə Çempionlar və Avropa liqalarının ikinci təsnifat mərhələsi ərəfəsində UEFA klubların reytinq siyahısını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan klubları arasında ən yaxşı göstərici “Qarabağ”a məxsusdur. Ağdam klubu 13,375 xalla 120-ci pillədə qərarlaşıb. İkinci yerdə “Neftçi” yer alıb - 9,125 xal (156-cı yer).

Digər klublarımızın reytinqdəki mövqeyi isə belədir: “Qəbələ” - 5,625 (211-ci yer), “İnter” - 5,373 (219-cu yer), “Xəzər-Lənkəran” - 3,875 (284-cü yer), “Kəpəz” - 3,375 (312-ci yer) və “Bakı” - 3,125 (323-cü yer).

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.