İDMAN
“Qarabağ” futbol klubu bu gün Yunanıstana yola düşəcək
Bakı, 1 noyabr, AZƏRTAC
Ağdamın “Qarabağ” futbol klubu bu gün Yunanıstana yola düşəcək.
AZƏRTAC xəbər verir ki, UEFA Avropa Liqasının qrup mərhələsində PAOK komandası ilə qarşılaşacaq Ağdam təmsilçisi Bakı-Saloniki reysi ilə səfərə yollanacaq və yerli vaxtla 21:30-da Yunanıstanda olacaq.
Baş məşqçi Qurban Qurbanov noyabrın 2-də yerli vaxtla saat 19:00-da jurnalistlərin suallarını cavablandıracaq. Komandamız oyunöncəsi son məşqini isə həmin gün yerli vaxtla 19:30-da qarşılaşmanın keçiriləcəyi stadionda edəcək.
Qeyd edək ki, PAOK-“Qarabağ” oyunu noyabrın 3-də Salonikidəki “Toumba” stadionunda Bakı vaxtı ilə saat 00:05-də start götürəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [14:42]
Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb
- 26.04.2024 [14:26]
Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur
- 26.04.2024 [14:02]
Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm
- 26.04.2024 [13:39]
AFFA Premyer Liqanın 6 klubunu cərimələyib
- 26.04.2024 [13:23]
Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar
- 26.04.2024 [12:38]