İDMAN


“Qarabağ” futbol klubu ukraynalı qolkiperi heyətinə qatıb

Bakı, 24 iyun, AZƏRTAC

Yeni futbol mövsümü üçün heyətini gücləndirməyi davam etdirən “Qarabağ” komandası ilk əcnəbi transferini reallaşdırıb.

“Qarabağ” futbol klubundan AZƏRTAC-a bildiriblər ki, Ağdam təmsilçiləri ukraynalı qapıçı Anton Kanibolotski ilə ikiillik müqavilə imzalayıb. Qolkiper artıq komandanın Avstriyada təşkil olunan təlim-məşq toplanışına qoşulub.

Peşəkar futbolçu karyerasına Ukraynanın “Dnepr” klubunda başlayan qolkiper daha sonra ölkəsinin digər klubu “Krivbass”a transfer olub. 2012-ci ildə Donetsk təmsilçisi “Şaxtyor”a keçən 29 yaşlı çərçivə qoruyucusu geridə qalan mövsümün sonuna kimi bu komandada forma geyinib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.