Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

“Qarabağ geyimləri” kitab-kataloqunun təqdimatı keçirilib VİDEO

Bakı, 21 oktyabr, K.Əliyeva, G.Məlikova, AZƏRTAC

Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) “Şuşa qrantı” müsabiqəsi çərçivəsində nəşr olunmuş “Qarabağ geyimləri” kitab-kataloqunun təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, respublikamızın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr edilən tədbirə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi təşkilati dəstək göstərib.

Tədbirdə çıxış edən İctimai Birliyin sədri Bayram Səfərov bildirib ki, təqdim olunan nəşr Azərbaycanın tarixini, mədəniyyətini özününküləşdirməyə çalışan erməni saxtakarlıqlarına tutarlı cavabdır. Haqqında məlumat verilən qədim geyimlər, qadın zinət əşyaları xalqımızın qədim tarixə malik olduğunu sübut edir. Ermənilər son iki əsrdə Azərbaycan xalqının mili-mənəvi dəyərlərini, mədəni-məişət nümunələrini öz adlarına çıxmağa cəhd göstərirlər. Bu cəhdlərin qarşısını almaq hər bir azərbaycanlının üzərinə düşən vacib vəzifədir. Xarici ölkələrə yolu düşənlər belə kitabları özləri ilə aparmalı, tarixi həqiqətləri dünyaya çatdırmalıdırlar. Bu baxımdan “Qarabağ geyimləri” kitab-kataloqunun əhəmiyyətini vurğulayan B.Səfərov erməni işğalı altında qalan torpaqlarımızın Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində azad olunacağına inamını ifadə edib.

EİF-in icraçı direktoru Elçin Babayev rəhbərlik etdiyi qurumun qarşısına qoyulan vəzifələri xatırladıb, ötən yeddi ildə keçirdiyi qrant müsabiqələrinin əhəmiyyətindən danışıb. Bildirilib ki, bu gün ən ümdə vəzifə ölkədə elmin inkişafına nail olmaq, Azərbaycan elmini yüksək səviyyəyə çatdırmaqdır. Elə etməliyik ki, elmi nailiyyətlərin istifadəçisindən onların müəllifinə çevrilək və Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın regionun elm mərkəzi olması işinə öz töhfəmizi verək.

“Bu gün iqtisadi durumun mürəkkəb dövründə belə Azərbaycan qloballaşan dünyanın bir hissəsi olmağa çalışır. Amma bizi buna məcbur etmək olmaz, bizim öz yolumuz, öz modelimiz var. Fondumuzun fəaliyyəti də məhz bu istiqamətdə, Vətən və dövlət maraqları üzərində qurulub. 2012-ci ildə “Şuşa qrantı” müsabiqəsini təsis etmişik. Bu silsilədən üç müsabiqə keçirilib və bu gün təqdim olunan “Qarabağ geyimləri” kitab-kataloqu həmin müsabiqənin layihələrindən birinin nəticəsidir”, - deyə E.Babayev vurğulayıb. İcraçı direktor kitabın ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirib, müəllifləri təbrik edib.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Ağaəli Əhmədov təqdimatı keçirilən kitab-kataloqu tariximizə bir baxış adlandıraraq bildirib ki, belə nəşrlərin sayı artırılmalı, onlarda Qarabağın tarixi, mədəniyyəti öz geniş əksini tapmalıdır. Azərbaycan mədəniyyətinin və tarixinin dünyada tanıdılmasının vacibliyini vurğulayan A.Əhmədov bu sahədə Heydər Əliyev Fondunun gördüyü işləri, Azərbaycanın birinci xanımı, ISESCO və UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyətini xüsusi qeyd edib.

Milli Məclisin deputatları Flora Qasımova və Aqil Abbas mədəni-tarixi dəyərlərimizin dünyada təbliğində kitab-kataloqun əhəmiyyətini diqqətə çatdırıblar. Onlar bu işin təşkilatçılarına və müəlliflərə minnətdarlıq edib, Qarabağın tarixinə və mədəniyyətinə həsr olunan kitabların nəşrinə daha çox diqqət ayrılmasının vacibliyini vurğulayıblar.

Nəşrin müəllifləri Fəzail Vəliyev və Gülzadə Abdulova kitab-kataloq haqqında məlumat veriblər. Bildirilib ki, təqdim olunan nəşrdə ilk dəfə çöl-etnoqrafik materialları, arxiv sənədləri, muzey kolleksiyaları, ailə saxlanclarında qorunan fotoşəkillər əsasında XIX-XX əsrlərdə Azərbaycanın Qarabağ tarixi-etnoqrafik bölgəsi əhalisinin geyim mədəniyyəti, onun təsnifatı, məhəlli-lokal xüsusiyyətləri, əyani-vizual görüntüləri və tarixi-etnoqrafik tədqiqi və digər məsələlər əksini tapıb. Həmçinin xalq geyimlərinin ayrılmaz tərkib hissəsi olan bəzək elementləri (zərgərlik nümunələri, geyimə bənd edilən tikmə-hörmə bəzəklər və s.) kataloqlaşdırılıb, onların elmi dəyəri müəyyənləşdirilib. Bu, geyim mədəniyyətinin kataloqlaşdırılması sahəsində ilk təşəbbüsdür. Kitab-kataloq etnoqrafiya və sənətşünaslıq elmi ilə məşğul olan alim və mütəxəssislər, tarixçilər, bu sahədə ixtisaslaşan magistr, dissertant və doktorantlar, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Tədbirdə Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorları Qarabağ geyimlərini nümayiş etdiriblər.

Sonra Elmin İnkişafı Fondunun yeni internet portalının və Fond tərəfindən yaradılmış “e-Qrant” – Qrant Layihələrinin Elektron İdarəolunması Sisteminin eksklüziv təqdimatı keçirilib. Fondun sədri Elçin Babayev veb-portalın iş üsulu ilə bağlı ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2009-cu il oktyabrın 21-də yaradılmış Fond ötən yeddi ildə yüzlərlə elmi-tədqiqat layihəsini maliyyələşdirib, yeni laboratoriyalar yaradıb, müxtəlif qurumlarda elmi cihaz və avadanlıq bazasını ən müasir səviyyədə yeniləyib, nəşrləri maliyyələşdirib, onlarla beynəlxalq və regional konfranslar keçirib, ixtisasartırma proqramlarına qrant ayırıb. Fəaliyyətini daim təkmilləşdirən Fondun növbəti innovativ yanaşmalarından biri də müsabiqələrdə iştirakın elektron-dövlət prinsipinə uyğun olaraq “e-Qrant” şəklində reallaşdırılmasıdır.

Tədbirdə, həmçinin EİF-in yeni “Qafqazşünaslığın problemləri” müsabiqəsi elan olunub, müsabiqənin qaydaları və şərtləri barədə məlumat verilib.

“Qarabağ geyimləri” kitab-kataloqunun təqdimatı keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib