MƏDƏNİYYƏT


“Qarabağ həqiqətləri uşaqların gözü ilə” filminin təqdimatı olub

A+ A

Bakı, 1 noyabr, AZƏRTAC

Noyabrın 1-də Azərbaycan Dillər Universitetində (ADU) “Ritorika” Yeniyetmə və Gənclər Mərkəzi ilə Real Line TV-nin əməkdaşlığı çərçivəsində lentə alınmış “Qarabağ həqiqətləri uşaqların gözü ilə” filminin təqdimatı keçirilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, universitetin rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində tədbirlərin mütəmadi keçirildiyini diqqətə çatdırıb.

Azərbaycanın daim inkişaf etdiyini və regionda ən qüdrətli dövlətə çevrildiyini vurğulayan professor gənclərimizin aprel döyüşlərində göstərdikləri qəhrəmanlıqlardan söz açıb.

Xocalı həqiqətlərindən bəhs edən Milli Məclisin deputatı Qənirə Paşayeva bildirib ki, tələbələr Azərbaycanın zəngin tarixini dərindən öyrənməlidirlər.

Tədbirdə digər çıxış edənlər film haqqında fikirlərini bölüşüblər. Qeyd olunub ki, filmin əsas məqsədi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, gənclərə vətənpərvərlik ruhunu aşılamaqdır.

Sonra “Qarabağ həqiqətləri uşaqların gözü ilə” filmi nümayiş olunub.

Filmin ərsəyə gəlməsində əməyi olanlara diplomlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.