MƏDƏNİYYƏT


Qarabağ həqiqətlərindən bəhs edən yeni film çəkilir

Bakı, 7 iyul, AZƏRTAC

Füzulu rayonu ərazisində “Son nəfəsədək” adlı Qarabağ həqiqətlərindən bəhs edən yeni tammetrajlı bədii filmin çəkilişlərinə start verilib.

AZƏRTAC xəbər verir ki, filmin ssenari müəllifi və baş prodüseri Nurəddin Aslanov, quruluşçu rejissoru Elnur Əliyev, rəssamı Mehriban Əfəndiyeva, redaktoru Kamran Qasımovdur. Filmdə baş rollarda Əməkdar artistlər İlqar Cahangirov, Elşən Rüstəmov, aktyorlar Cavanşir Hadıyev, İlqar Musayev, Vüqar Vəlixanov və başqaları çəkilirlər.

Filmin orijinal tərəflərindən biri, Qarabağ müharibəsinin lap ilkin mərhələsindən Xocalı soyqırımına qədər olan dövrü əhatə etməsidir. Film həmin dövrdə son nəfəsinədək igidlik göstərərək, torpağını qoruyan Yavər İsgəndərov və silahdaşlarının döyüş yolundan bəhs edir.

Beynəlxalq kino festivallarına təqdimatı nəzərdə tutulan film bu ilin payızında tamaşaçıların ixtiyarına veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.