CƏMİYYƏT
Qarabağ həqiqətlərinin yayılmasında gənclərin rolu məsələsi müzakirə edilib
Bakı, 13 iyul, AZƏRTAC
Tovuz rayonunun Qovlar şəhərində “Qarabağ həqiqətlərinin yayılmasında gənclərin rolu” adlı tədbir keçirib. Tədbirdə Milli Məclisin deputatı Qənirə Paşayeva məktəblilərə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumat verib.
Deputat hər bir gəncin orta məktəb illərindən tariximizi, Azərbaycan həqiqətlərini, ədəbiyyatını, mədəniyyətini yaxşı öyrənməsinin vacibliyini bildirib. Qeyd edib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir insan öz ölkəsinin və xalqının tarixini, dilini, mədəniyyətini, ədəbiyyatını, həqiqətlərini yaxşı bilməli və təbliğ etməlidir. O vurğulayıb ki, ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtlərdən biridir.
Digər çıxış edənlər mövzu ilə bağlı fikirlərini bildiriblər.
Tədbirdə gənclərlə geniş fikir mübadiləsi aparılıb.