İDMAN


“Qarabağ” klubu Əfran İsmayılov ilə yeni müqavilə imzalayıb

Bakı, 13 may, AZƏRTAC

“Qarabağ” futbol klubu növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir. Klub rəhbərliyi Qara Qarayevin ardından daha bir futbolçu ilə müqavilə yeniləyib.

AZƏRTAC kluba istinadla xəbər verir ki, yarımmüdafiəçi Əfran İsmayılov daha bir il “Qarabağ”ın şərəfini qoruyacaq.

Futbolçu bildirib ki, “Qarabağ” mənə doğma komandadır. Mənim üçün sevindirici haldır ki, daha bir il bu komandanın formasını geyinəcəyəm. Çalışacağam ki, öz oyunumla komandama xeyir verim və uğurlarımın üstünə uğur gətirim. Əsas məqsədimiz növbəti mövsüm daha yaxşı çıxış edib azarkeşlərimizi sevindirməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.