İDMAN
“Qarabağ” klubu Haiti millisinin üzvü ilə ikiillik müqavilə imzalayıb
Bakı, 6 iyul, AZƏRTAC
2017/2018-ci illər mövsümü üçün nəzərdə tutulan transfer pəncərəsi zamanı Ağdamın “Qarabağ” klubu növbəti transferi reallaşdırıb.
AZƏRTAC kluba istinadla xəbər verir ki, yarımmüdafiəçi mövqeyinə transfer etməyi planlaşdıran “Qarabağ” uzun müddətdir davam edən prosesi uğurla tamamlayıb. Komanda Haiti millisinin üzvü və ötən mövsüm Türkiyə Superliqasında “Alanyaspor”da forma geyinən Vild-Donald Guerrierin keçidini rəsmiləşdirib. Yarımmüdafiəçi ilə ikiillik müqavilə imzalanıb.
Futbolçu peşəkar karyerasına ölkəsinin “Amerika De Ke” klubunda başlayıb və 2013-cü ilin yayında Polşanın “Visla” klubuna transfer olunub. 2013-2016-cı illərdə “Visla”da 75 oyuna çıxan Guerrier 20 qolla yadda qalıb. Geridə qalan mövsümdə isə futbolçu “Alanyaspor” forması ilə 20 oyunda 4 qol vurub.
2010-cu ildən Haiti millisinə dəvət alan 28 yaşlı futbolçu yığma komandada 37 oyunda 8 dəfə fərqlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [22:45]
Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir
- 24.04.2024 [22:07]
Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb
- 24.04.2024 [21:31]
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]