İDMAN


“Qarabağ” klubu Qara Qarayev ilə ikiillik müqavilə imzalayıb

Bakı, 12 may, AZƏRTAC

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Qarabağ” klubu bir futbolçusu ilə müqaviləni yeniləyib.

AZƏRTAC kluba istinadla xəbər verir ki, komandanın yetirməsi və millimizin üzvü Qara Qarayev ilə yeni müqavilə imzalanıb. Razılaşmaya əsasən yarımmüdafiəçi daha iki il “Qarabağ”ın formasını geyinəcək.

Futbolçu deyib: “Daha iki il "Qarabağ"ın heyətində çıxış etmək mənim üçün qürurvericidir. Nə qədər gücüm var, bu komandanın xidmətində olmağa çalışacağam. Klub rəhbərliyi və məşqçilər heyətinə də təşəkkürümü bildirirəm ki, məni yenidən komandada görmək istəyirlər. Bu da məni çox sevindirir. Növbəti illərdə də "Qarabağ"ın uğurları üçün əlimdən gələni edəcəyəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.