İDMAN


“Qarabağ” klubu Rusiyanın “Axmat” komandası  ilə yoxlama oyunu keçirəcək

Bakı, 19 iyun, AZƏRTAC

Avstriyada yeni mövsümə hazırlığını davam etdirən Ağdamın “Qarabağ” futbol klubu iyunun 20-də ilk yoxlama oyununu keçirəcək.

AZƏRTAC kluba istinadla xəbər verir ki, Ağdam təmsilçisi Rusiyanın “Axmat” klubu ilə qarşılaşacaq.

Kössen qəsəbəsində baş tutacaq qarşılaşma yerli vaxtla saat 17:00-da start götürəcək.

Qeyd edək ki, bir müddət öncə “Terek” klubu adını dəyişdirərək “Axmat” olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.