İDMAN


“Qarabağ” klubu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət edib

Bakı, 12 iyun, AZƏRTAC

Ağdamın “Qarabağ” futbol klubu ölkə çempionatlarında ardıcıl dördüncü dəfə çempion olmaqla, ümumilikdə bu sayı beşə çatdırıb. Bir çox dünya və Avropa klublarında adətən 5 çempionluq bir ulduzla qeyd olunur.

AZƏRTAC kluba istinadla xəbər verir ki, “Qarabağ” bu praktikadan yararlanaraq loqosunun üzərinə 1 ulduz əlavəsi istiqamətində fəaliyyətə başlayıb.

Klubun loqosunda digər bir dəyişiklik isə “FK Qarabagh” ifadəsinin “Qarabağ FK” ilə əvəzlənməsidir.

Klub bu dəyişikliklərlə bağlı artıq Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə də müraciət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.