İDMAN


“Qarabağ” klubu millimizin hücumçusunu heyətinə qatıb

A+ A

Bakı, 6 yanvar, AZƏRTAC

Ağdamın “Qarabağ” futbol klubu növbəti transferini gerçəkləşdirib.

AZƏRTAC kluba istinadla xəbər verir ki, Ağdam təmsilçisi “İnter”dən ayrılan milli komandamızın üzvü Ağabala Ramazanovu heyətinə qatıb. Futbolçu ilə 1,5 illik müqavilə imzalanıb.

İyirmi dörd yaşlı hücumçu daha əvvəl “Neftçi”, “Xəzər-Lənkəran”, “Sumqayıt” və “İnter” klublarının formasını geyinib. 2014-cü ildən milli komandamıza dəvət alan Ağabala Ramazanov 1 qolla yadda qalıb.

Ağabala Ramazanov “Qarabağ”ın Antalyada keçirilən təlim-məşq toplanışına qoşulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.