İDMAN


“Qarabağ” klubu səfər matçında AZAL-a şans verməyib

Bakı, 3 fevral, AZƏRTAC 

Fevralın 3-də futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura start verilib.

AZƏRTAC xəbər verir ki, turun matçları iki gün ərzində oynanılacaq.

Günün ilk görüşündə turnir cədvəlinin əks qütblərində qərarlaşan komandalar üz-üzə gəliblər. Turnir cədvəlinin lideri “Qarabağ” autsayder AZAL-ın qonağı olub. Qurban Qurbanovun komandası iki turdan sonra yenidən qələbə sevinci yaşayıb. Oyun Ağdam təmsilçisinin 2:1 hesablı qalibiyyəti ilə başa çatıb.

Belə ki, əvvəlcə AZAL ilk hissənin 7-ci dəqiqəsində təşəbbüsə yiyələnərək Rəşad Abdullayevin qolu ilə hesabı açıb. Meydan sahibi komandanın malili futbolçusu Sadio Tounkara ilk hissənin uzatma dəqiqələrində qırmızı vərəqə aldığına görə, AZAL ikinci hissəni azlıqda keçirməli olub. Bu şansı əldən verməyən Qurban Qurbanovun yetirmələri 60-cı dəqiqədə Maksim Medvedev və üç dəqiqə sonra isə Coşqun Diniyevin qolları ilə komandanın aktivinə daha 3 xalı əlavə ediblər.

Beləliklə, “Qarabağ” 36 xalla turnir cədvəlinə başçılıq edir. Tərlan Əhmədovun komandası isə 8 xalla sonuncu pillədə qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.