İDMAN


“Qarabağ” klubu serbiyalı qapıçı ilə ikiillik müqavilə imzalayıb

A+ A

Bakı, 1 sentyabr, AZƏRTAC 

2016/2017-ci il mövsümü üçün Ağdamın “Qarabağ” futbol klubu növbəti transferini reallaşdırıb.

Klubdan AZƏRTAC-a bildiriblər ki, Ağdam təmsilçisi heyətini qapıçı ilə gücləndirib. “Qarabağ” serbiyalı Boyan Şaranovla münasibətləri rəsmiləşdirib. Son mövsümü Serbiyanın “Partizan” klubunda keçirən qolkiper ilə ikiillik müqavilə imzalanıb.

Serbiya millisinin üzvü olan B.Şaranov bu ilin yanvarından “Partizan”da çıxış edib. O, Belqrad klubunda 18 oyun keçirib. B.Şaranov indiyədək bir dəfə Serbiya millisinə dəvət alıb.

Karyerasına “Beoqrad” klubunda başlayan yeni transfer “Makkabi” (Hayfa, İsrail), “Ergetolis” kimi komandalarda da forma geyinib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.