İDMAN


“Qarabağ” komandası “Neftçi”yə qalib gəlib

A+ A

Bakı, 25 oktyabr, AZƏRTAC 

Oktyabrın 25-də futbol üzrə Topaz Premyer Liqasında IX tura yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turun sonuncu matçında “Qarabağ” komandası “Neftçi”ni 2:0 hesabı ilə məğlub edib.

“Bakcell Arena”da keçirilən oyunda hesab matçın 29-cu dəqiqəsində açılıb. Rahid Əmirquliyev adını tabloya yazdırıb. Oyunun 90-cı dəqiqəsində isə “Qarabağ”ın hücumu zamanı “Neftçi”nin futbolçusu Jayro Rodriges topu öz qapısına göndərib - 0:2. Bundan sonra qapılara qol vurulmayıb və Qurban Qurbanovun komandası oyundan üç xalla ayrılıb.

Beləliklə, doqquz turdan sonra turnir cədvəlinə aktivində 21 xalı olan “Qəbələ” komandası başçılıq edir. Xal ehtiyatını 19-a çatdıran “Qarabağ” ikinci pilləyə yüksəlib. Hesabında 16 xal olan “İnter” üçüncü sırada qərarlaşıb. Hər birinin hesabında 11 xal olan “Kəpəz” və “Zirə” dördüncü və beşinci pilləni bölüşdürür. “Sumqayıt” (9 xal) altıncı, “Neftçi” (6 xal) yeddincidir. Doqquz oyundan cəmi üç xal toplayan AZAL isə sonuncu sıradadır.

Topaz Premyer Liqasının növbəti – onuncu turunun oyunları oktyabrın 29-30-da keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.