İDMAN
“Qarabağ” komandası “Sumqayıt”la qarşılaşmada iki yubiley rəsmiləşdirib
Bakı, 14 dekabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qarabağ”-“Sumqayıt” matçı Ağdam təmsilçisi üçün iki yubileylə yadda qalıb.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, görüşdə 6:0 hesabı ilə qalib gələn ağdamlılar ölkə kubokunda 50-ci ev qələbəsini qazanıblar.
Komandanın gənc oyunçularından Mahir Mədətovun rəqib qapısından keçirdiyi dördüncü top klubun 150-ci ev qolu olub. “Köhlən atlar”ın evdəki məhsuldarlığı 2,375-ə bərabərdir.
Ağdam klubu Azərbaycan kubokunda 152 dəfə fərqlənib, öz qapısından isə cəmi 30 top buraxıb.
“Qarabağ” ölkə kuboku oyunları çərçivəsində öz meydanında ən çox qol vuran və qələbə qazanan klubdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:59]
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq
- 23.04.2024 [13:44]
Avropa çempionatının oyunlarını idarə edəcək hakimlər açıqlanıb
- 23.04.2024 [13:00]
Azərbaycan və Baham adaları bədii gimnastika sahəsində əməkdaşlığa başlayır
- 23.04.2024 [12:12]
Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum olub
- 23.04.2024 [11:53]