İDMAN


“Qarabağ” komandası “Zirə”yə qalib gələrək çempionatda liderliyini möhkəmləndirib

A+ A

Bakı, 19 sentyabr, AZƏRTAC 

Sentyabrın 19-da futbol üzrə Topaz Premyer Liqasının beşinci turuna yekun vurulub. Turun sonuncu oyununda Ağdam təmsilçisi “Qarabağ” komandası paytaxtın “Zirə” klubunu 2:0 hesabı ilə məğlub edib.

AZƏRTAC xəbər verir ki, “Əlincə Arena”da keçirilən matçın ilk dəqiqələrindən təşəbbüsü ələ alan ağdamlılar oyunun 20-ci dəqiqəsində hesabı açıblar. Rahid Əmirquliyev dəqiq zərbə ilə rəqibi oyuna mərkəzdən başlamağa məcbur edib – 1:0. Qarşılaşmanın 37-ci dəqiqəsində Rahid Əmirquliyev özünün və komandasının ikinci topunu rəqibin qapısından keçirib. İlk hissə “Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

“Qarabağ” fasilədən sonra da üstün oyun nümayiş etdirsə də, oyunda hesab dəyişməyib.

Beləliklə, beş turdan sonra çempionata hesabında 12 xal olan “Qarabağ” başçılıq edir. İkinci sırada 11 xalla “İnter” komandası qərarlaşıb. Bir oyun az keçirən “Qəbələ” 10 xalla üçüncüdür. Aktivlərində 6 xal olan “Kəpəz” dördüncü, “Zirə” isə beşincidir. Bir oyun az keçirən “Sumqayıt” 4 xalla altıncı, “Neftçi” 3 xalla yeddincidir. Beş tur ərzində qələbə qazana bilməyən AZAL isə 1 xalla turnir cədvəlində sonuncu pillədə yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.