İDMAN


“Qarabağ” komandasının UEFA Çempionlar Liqasında potensial rəqibi müəyyənləşib

A+ A

Bakı, 15 iyul, AZƏRTAC

İyulun 15-də İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin püşkü atılıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə Fransanın Nitsa şəhərində baş verən terror aktının qurbanlarının xatirəsi yad edilib.

Püşkatma nəticəsində Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibi müəyyənləşib. Ağdam təmsilçisi Lüksemburqun “Düdelanj” komandasını yarışdan kənarlaşdırarsa Çexiya çempionu “Viktoriya” klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin oyunları iyulun 26-27-də və avqustun 2-3-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.