REGİONLAR


“Qarabağ mübarizləri” layihəsi çərçivəsində idman yarışları keçiriləcək

Beyləqan, 13 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “İnnovativ Gənclər” İctimai Birliyi tərəfindən icra edilən “Qarabağ mübarizləri” layihəsi çərçivəsində Ağcabədi, Beyləqan, Bərdə, İmişli, Füzuli, Xocavənd və Tərtər rayonlarında idman yarışları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Beyləqan rayon Gənclər Mərkəzində keçirilən seminarda məlumat verilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edən layihə rəhbəri, “İnnovativ Gənclər” İctimai Birliyinin sədri Raul Əhmədov ölkədə həyata keçirilən gənclər siyasətindən danışıb. Layihə haqqında ətraflı məlumat verərək bildirib ki, əsas məqsəd region gəncləri arasında idman oyunlarının təşkil edilməsi ilə vətənpərvərlik ruhunun yüksəldilməsinə dəstək olmaqdır.

“Mil” qəzetinin redaktoru Elman İsrafiloğlu çıxışında ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğıdan, idman sahəsində əldə olunan nailiyyətlərdən söhbət açıb. Ehtiyatda olan baş leytenant Məzahir Çıraqov isə ordu sıralarında göstərdiyi şərəfli döyüş xidmətindən, ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən bəhs edib.

Çıxışlarda vurğulanıb ki, belə layihələr gənclərdə idmana marağı artırmaqla yanaşı, vətənpərvərlik hissinin yüksəlməsinə, onların zərərli vərdişlərdən uzaqlaşmasına dəstəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.