SİYASƏT


Qarabağ münaqişəsi: bu kimin xeyrinədir?

A+ A

Kiyev, 23 sentyabr, AZƏRTAC

Ukraynanın “Versii.com.fabrika_analitiki” portalının saytında hüquq elmləri doktoru, Ukrayna Milli Aviasiya Universitetinin professoru, Ukraynanın Əməkdar Təhsil İşçisi Arif Quliyevin “Qarabağ münaqişəsi: bu kimin xeyrinədir?” sərlövhəli geniş məqaləsi yerləşdirilib.

Müəllif yazır ki, Ermənistan-Azərbaycan münaqişəsinin əsrin dörddə birinə yaxın müddətdə “dondurulmuş” vəziyyətdə qaldığı Dağlıq Qarabağ yenidən “qaynar nöqtə”yə çevrilib. Kimin təcavüzkar olmasını, Azərbaycan ərazilərini kimin işğal etməsini, Azərbaycana qarşı kimin zor tətbiq etməsini, beynəlxalq və humanitar hüquq normalarını kimin pozmasını hamı bilir...

Məqalədə vurğulanır ki, bu münaqişədə ən zəif oyunçu Ermənistandır və o, özgə ərazilərində müdafiə mövqeyi tutur.

Materialda daha sonra qeyd olunur ki, ATƏT tərəfindən çoxdan göstərilən vasitəçilik səylərinin səmərəsiz olmasına baxmayaraq, Bakı bu münaqişənin konstruktiv, dinc yolla tənzimlənməsinin tərəfdarı olaraq qalır. Azərbaycan rəhbərliyi işğal olunmuş ərazilərin dinc yolla qaytarılmasına, Dağlıq Qarabağ regionunda sabitliyin və sülhün bərpa olunmasına çalışır.

Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində bir sıra dövlətlərin mövqeyində ikili standartlar məsələsinə geniş yer ayrılıb.

Professor A.Quliyevin fikrincə, dünyada çox neqativ bir meyil müşahidə olunur: liderlər məsuliyyəti öz üzərinə götürmək istəmirlər, faktlar isə göstərir ki, böyük dövlətlərin mənafeyi üçün bu, çox vacibdir.

Materialın sonunda vurğulanır: “Ola bilsin, Dağlıq Qarabağ məsələsinin bizim rusiyalı və amerikalı dostlarımız üçün prioritet məsələlər sırasında olmaması ondan irəli gəlir ki, taleyin qismətindən onlar bu dərdin nə demək olduğunu bilmirlər. İkili standartlar buradan irəli gəlir”.

Məqalənin tam mətni ilə tanış olmaq üçün bu linkə müraciət edə bilərsiniz http://versii.com/news/354442/.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.