MƏDƏNİYYƏT


Qarabağ tarixi və mədəniyyəti silsiləsindən növbəti nəşr işıq üzü görüb

Bakı, 16 yanvar, AZƏRTAC

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və AMEA-nın Folklor İnstitutunun növbəti birgə layihəsi olan “Qarabağ mifləri” adlı təbliğat xarakterli nəşri Azərbaycan, rus və ingilis dillərində işıq üzü görüb.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, yeni nəşr qeyri-maddi mədəni irs və milli adət-ənənələrin qorunması, dəstəklənməsi, təbliğ etdirilməsi, ümumilikdə milli-mənəvi dəyərlərimizə hörmət hissinin gücləndirilməsi, Qarabağın nə qədər zəngin folklora sahib olduğunu əsaslı şəkildə sübut etmək məqsədilə buraxılıb.

Nəşrdə Qarabağ və onun ətrafında yerləşən rayonların sakinlərinin dilindən toplanmış əfsanə və rəvayətlər, onların dünya görüşləri, müxtəlif mifoloji obrazlar əks etdirilib. Açıqcalardakı cizgilərin hamısı rəvayətlərə uyğun şəkildə çəkilib.

Toplunun üzərində AMEA-nın Folklor İnstitutu tərəfindən filologiya üzrə fəlsəfə doktoru İlkin Rüstəmzadə, rəssam İlqar Mehdiyev, Elmi-Metodiki Mərkəz tərəfindən isə mərkəzin sektor müdiri İrina Özçoban və Günel Şimşək çalışmışlar.

Nəşrin əsas hədəflərindən biri Qarabağla bağlı bütün folklor nümunələrinin məhz Azərbaycan xalqına və tarixinə aid olduğunu sübut etməkdən ibarətdir. Bundan əlavə, açıqcaların yerlərdə təqdimatlarının aparılması da nəzərdə tutulub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.