İDMAN


“Qarabağ” və “Qəbələ”nin Avroliqanın qrup mərhələsindəki rəqibləri müəyyənləşib VİDEO

A+ A

Bakı, 26 avqust, AZƏRTAC 

Avqustun 26-da UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib. Bununla da turnirdə mübarizəni davam etdirən komandaların yer aldığı qrupların tərkibi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, Monakoda keçirilən püşkatmanın nəticəsinə görə, Azərbaycan təmsilçisi “Qarabağ” komandası “J” qrupunda “Fiorentina” (İtaliya), PAOK (Yunanıstan) və “Slovan” (Liberets, Çexiya) klubları ilə mübarizə aparacaq.

“C” qrupunda yer alan “Qəbələ”nin də rəqibləri isə “Anderlext” (Belçika), “Sent-Etyen” (Fransa) və “Maynts” (Almaniya) klubları olacaq.

Ümumilikdə, püşkatma mərasimində Avropanın 48 komandası hərəsində dörd klub olmaqla 12 qrupa bölünüb. Püşkatmanın nəticələrini təqdim edirik:

“A” qrupu: “Mançester Yunayted” (İngiltərə), “Fənərbaxça” (Türkiyə), “Feyenoord” (Hollandiya), “Zarya” (Ukrayna);

“B” qrupu: “Olimpiakos” (Yunanıstan), APOEL (Cənubi Kipr), “Yanq Boyz” (İsveçrə), “Astana” (Qazaxıstan);

“C” qrupu: “Anderlext” (Belçika), “Sent-Etyen” (Fransa), “Maynts” (Almaniya), “Qəbələ” (Azərbaycan);

“D” qrupu: “Zenit” (Rusiya), “AZ Alkmaar” (Hollandiya), “Makkabi” (Təl-Əviv, İsrail), “Dandalk” (İrlandiya);

“E” qrupu: “Viktoriya” (Çexiya), “Roma” (İtaliya), “Austria” (Vyana, Avstriya), “Astra” (Rumıniya);

“F” qrupu: “Atletik Bilbao” (İspaniya), “Genk” (Belçika), “Rapid” (Avstriya), “Sassuolo” (İtaliya);

“G” qrupu: “Ayaks” (Hollandiya), “Standart Lieq” (Belçika), “Selta” (İspaniya), “Panatinaikos” (Yunanıstan);

“H” qrupu: “Şaxtyor” (Ukrayna), “Braqa” (Portuqaliya), “Gent” (Belçika), “Konyaspor” (Türkiyə);

“I” qrupu: “Şalke” (Almaniya), “Zalsburq” (Avstriya), “Krasnodar” (Rusiya), “Nitsa” (Fransa);

“J” qrupu: “Fiorentina” (İtaliya), PAOK (Yunanıstan), “Slovan” (Liberets, Çexiya), “Qarabağ” (Azərbaycan);

“K” qrupu: “İnter” (İtaliya), “Sparta” (Çexiya), “Sauthempton” (İngiltərə), “Hapoel” (Beer-Şeva, İsrail);

“L” qrupu: “Vilyareal” (İspaniya), “Styaua” (Rumıniya), “Sürix” (İsveçrə), “Osmanlıspor” (Türkiyə).

Qruplarda ilk iki yeri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar.

Avropa Liqasının final matçı İsveçin paytaxtı Stokholmun “Frends Arena” stadionunda keçiriləcək.

Qrup oyunlarına sentyabrın 15-də start veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.