CƏMİYYƏT
“Qarabağ–yaşayan tarix–intellektual festival” layihəsi yekunlaşıb
Bakı, 13 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fərdi layihə qalibi Ənvər Xəlilov tərəfindən Füzuli rayonunda həyata keçirilən “Qarabağ–yaşayan tarix–intellektual festival” adlı layihə başa çatıb.
AZƏRTAC xəbər verir ki, layihənin məqsədi gənclərin asudə vaxtlarını səmərəli keçirməsinə və intellektual inkişafına dəstək olmaqdır.
Dövr, mühit, zaman dəyişsə də, tələblər həmişə artır. Müasir dövrdə Azərbaycan təhsilinin və mədəniyyətinin, milli dəyərlərinin zənginliyinin dünyaya yayılmasında güclü intellektual bazaya malik olmağın vacibliyi bir daha özünü təsdiq edir. İntellekt qarşılıqlı ünsiyyət zamanı özünü büruzə verir. Gənclərin intellektual inkişafının əsasında bilik, ağıl və möhkəm iradə dayanır. Layihə çərçivəsində gənclərə maarifləndirici bukletlər paylanılıb.
Festival çərçivəsində Qarabağın tarixi, işğal olunmuş ərazilər haqqında məlumat verilib, suallar cavablandırılıb. Gənclər layihənin əhəmiyyəti barədə məlumatlandırılıblar.