İDMAN


“Qarabağ”ın baş məşqçisi: Nəticədən razıyam

A+ A

Lüksemburq, 21 iyul, AZƏRTAC

Birinci oyundakı 2:0 hesablı qələbə futbolçularımızı arxayınlaşdırmışdı. Buna baxmayaraq, nəticədən razıyam.

Bu sözləri UEFA Çempionlar Liqası yarışlarının ikinci təsnifat mərhələsi çərçivəsində keçirilən “F91 Düdelanj” – “Qarabağ” matçından sonra AZƏRTAC-a müsahibəsində “atlılar”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Baş məşqçi bildirib ki, “F91 Düdelanj” kimi komandalarla oynamaq çətindir. “Sona qədər mübarizə apardıq. Oyunçuları nə qədər motivasiya etsəm də, birinci oyundakı 2:0 hesablı qələbə onları müəyyən qədər arxayınlaşdırmışdı”,-deyə o bildirib.

Nəticədən məmnun olduğunu deyən Q.Qurbanov birinci qolu rəqib komandanın vurmasına baxmayaraq, 2-ci hissədə oyunçularından daha çox razı qaldığını vurğulayıb.

Q.Qurbanov əlavə edib ki, hər şey yaxşıdır və artıq növbəti rəqib haqqında düşünmək olar.

“Qarabağ” klubunun qapıçısı İbrahim Sehiç əvvəldən axıra qədər oyuna nəzarət etdiklərini bildirib. Qapıçı bildirib ki, birinci qolun məhz Ağdam klubunun qapısından keçməsinə baxmayaq, bu, onları ruhdan salmayıb. “Biz öz oyunumuzu davam etdirdik və lazımı nəticəni qazandıq. Növbəti rəqibimiz çox çətin komandadır. Mən “Viktoriya”nı (Plzen, Çexiya) yaxşı tanıyıram. Amma biz yenə də mübarizəyə hazırıq”,-deyə İbrahim Sehiç əlavə edib.

Braziliyalı hücumçu Reynaldo növbəti mərhələyə keçdikləri üçün çox şad olduğunu deyib. Bildirib ki, növbəti oyuna daha ciddi hazırlaşmalıdırlar. O deyib : “Baş məşqçimiz oyunla bağlı qeydlərini bizə deyəcək. Biz də onun oyun planına görə hazırlaşacağıq. Ola bilsin ki, bu gün özümüzü bir qədər daha rahat hiss edirdik. Fasilədə məşqçimiz bizə öz göstərişlərini verdi. Buna görə də ikinci hissədə özümüzü toplayıb vəziyyəti xeyrimizə dəyişə bildik. Birinci qolun bizim qapıdan keçməsinə baxmayaraq, oyun nəzarətimizdə idi”.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Lüksemburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.