İDMAN


“Qarabağ”ın futbolçusu Muarrem Muarrem Avrokuboklarda yubiley matçına çıxacaq

Bakı, 7 dekabr, AZƏRTAC

Dekabrın 8-də UEFA Avropa Liqasının qrup mərhələsinin altıncı turunun “Qarabağ”-“Fiorentina” (İtaliya) qarşılaşması Ağdam təmsilçisinin futbolçusu Muarrem Muarrem üçün yubiley matçı olacaq.

AZƏRTAC xəbər verir ki, makedoniyalı yarımmüdafiəçi “Qarabağ”ın heyətində 25-ci avrokubok oyununu keçirəcək. Bu oyunadək 24 qarşılaşmada meydana çıxan futbolçunun aktivində dörd qol var. Qollardan biri Çempionlar Liqasında, üçü isə Avroliqada vurulub.

“Qarabağ”ın heyətində avrokuboklarda ilk dəfə 2013-2014-cü ildə debüt edən M.Muarrem Çempionlar Liqasında beş, Avropa liqasında 19 görüş keçirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.