MƏDƏNİYYƏT


“Qarabağın həsrət salnaməsi” layihəsinin təqdimatı olacaq

A+ A

Bakı, 29 iyul, AZƏRTAC

Avqustun 2-də Nizami Kino Mərkəzində Milli Kino Günü münasibətilə keçiriləcək tədbirdə Ayaz Salayevin “Qarabağın həsrət salnaməsi” layihəsinin təqdimatı olacaq.

AZƏRTAC xəbər verir ki, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Qarabağın həsrət salnaməsi” internet-layihənin məqsədi internet vasitəsilə həmvətənlərimizin Qarabağ probleminə baxışlarını təqdim etməkdir. Hər bir Azərbaycan vətəndaşı özünün Qarabağ problemi haqqında hesab etdiyi ən vacib bir neçə cümləni kameraya deyir. Bu sözlərdən ibarət iki dəqiqəlik video çarxlar internetdə yerləşdiriləcək. Bu video çarxlar vasitəsilə xalqımızın Qarabağa necə dəyər verdiyi, heç bir zaman onun itkisi ilə barışmayacağı və işğal altında olan torpaqlarımızı son qarışınadək qaytarmayanadək rahat olmayacağı bəyan edilir. Layihə həm yerli, həm də beynəlxalq auditoriya üçün nəzərdə tutulub. Sosial şəbəkələrlə yanaşı, bu video çarxların seansdan əvvəl kinoteatrlarda, televiziya kanallarında və digər yerlərdə nümayişi planlaşdırılır.

Xatırladaq ki, Milli Kino Günündə “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş “40-cı paraleldə” gənclər kinoalmanaxının təqdimatı keçiriləcək. Almanaxa rejissor Amil Məmiyevin “Qara bağ”, Zamin Məmmədovun “Onun atası”, Emin Mirabdullayevin “Postskriptum”, Emin Əfəndiyevin “Hədiyyə” qısametrajlı filmləri daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.