İDMAN


“Qarabağ”ın qolkiperi milliyə çağırılıb

A+ A

Bakı, 29 avqust, AZƏRTAC 

“Qarabağ” futbol klubunun qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina yığmasına dəvət alıb.

AZƏRTAC xəbər verir ki, İ.Şehiç 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək matçda meydana çıxa biləcək. Onun milli komandası isə Estoniya yığmasına rəqib olacaq.

Bosniya və Herseqovina - Estoniya matçı sentyabrın 6-da oynanılacaq. Qarşılaşma Bakı vaxtı ilə 23:45-də start götürəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.