Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərində içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verilib

Naxçıvan, 1 noyabr, AZƏRTAC

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı muxtar respublikada uğurla icra olunur. Kəndlərdə müasir infrastruktur yaradılır, əhalinin sosial problemləri həll olunur. Aparılan quruculuq işləri sırasında içməli su və kanalizasiya şəbəkələrinin qurulması mühüm yer tutur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 1-də Naxçıvan şəhərinin Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərində yeni içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov məlumat verib ki, hər üç kənddə içməli su və kanalizasiya sistemlərinin tikintisinə bu ilin yanvar ayında başlanıb. Ümumilikdə kəndlərdə 51,1 kilometr içməli su və 47 kilometr kanalizasiya xətti çəkilib, su şəbəkəsinin üzərində 25 yanğın hidrantı və 1 təzyiq azaldıcı qoyulub. Suyun öz axımı ilə mənzillərə verilməsi təmin edilib, sayğaclar quraşdırılıb. Tikinti işləri aparılarkən çirkab suların təmizləyici qurğuya vurulması üçün Qaraçuq kəndində nasos stansiyası tikilib, hər birinin məhsuldarlığı saniyədə 40 litr olan 3 nasos quraşdırılıb, 3,1 kilometr təzyiqli boru xətti çəkilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov içməli su və kanalizasiya şəbəkəsinin istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edərək deyib: 1970-ci ildə Araz Su Elektrik Stansiyasının tikilməsi ilə əlaqədar Qaraçuq və Bulqan kəndlərinin əhalisi indiki əraziyə köçürülüb. Həmin dövrdən başlayaraq Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərində əhalinin içməli su təminatında problemlər mövcud idi. 2000-ci illərdə Naxçıvan şəhərinin içməli su təminatının yaxşılaşdırılması tədbirləri çərçivəsində yeni kaptajlar tikildi, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərində içməli su təminatı qismən yaxşılaşdırıldı. Bu gün kəndlərdə içməli su problemi tamamilə həll olunmuş, yeni içməli su və kanalizasiya şəbəkəsi qurulmuş, müasir şəhər infrastrukturu yaradılmışdır. Bütün bunlar isə ölkə Prezidentinin imzaladığı Qanunla 2009-cu ildə Bulqan, Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli və Tumbul kəndlərinin Naxçıvan şəhərinə birləşdirilməsindən sonra mümkün olmuşdur. Asiya İnkişaf Bankı ilə bağlanmış kredit sazişi əsasında Naxçıvan şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərində də yeni içməli su və kanalizasiya şəbəkəsi qurulmuşdur.

Ali Məclisin Sədri deyib: Yaşayış məntəqələrində su və kanalizasiya sistemlərinin qurulması vacib məsələdir. Çünki su həyatdır, təmizlikdir. Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə işlər müasir şəhərsalma prinsipləri əsasında aparılmış, 100 kilometrə yaxın müxtəlif diametrli boru xətləri çəkilmişdir. Su və kanalizasiya şəbəkəsi hər üç kənddə 1300 evi və 8 minə yaxın əhalini əhatə edir. Kənd sakinləri ekoloji təmiz və dayanıqlı içməli su ilə təmin olunmuşdur. Sakinlər də tikilənləri, qurulanları qorumalı, sudan qənaətlə və səmərəli istifadə etməlidirlər.

Ali Məclisin Sədri deyib: Son illər Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərində geniş quruculuq işləri də aparılmış, Qaraçuq və Qaraxanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər yaradılmışdır. Kəndlərdə insanların rahat yaşaması üçün bütün tədbirlər görülmüş, kənd yolları yenidən qurulmuş, kənd və xidmət mərkəzləri, məktəb binaları istifadəyə verilmiş, səhiyyə və rabitə xidməti təşkil olunmuş, geniş abadlıq işləri həyata keçirilmişdir. Bu gün isə Bulqanda kənd və xidmət mərkəzləri istifadəyə verilir. Bu tədbirlərin həyata keçirilməsində məqsəd kəndlərdə insanların rahat yaşayışını təmin etməkdən ibarətdir. Dövlətimiz tərəfindən kəndlərin inkişafı sahəsində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcəkdir. Yaradılan şəraitdən səmərəli istifadə etmək, tikilənləri qorumaq, torpaqları əkmək və təsərrüfatları genişləndirmək isə sakinlərin üzərinə düşən vəzifədir.

Ali Məclisin Sədri sakinləri bir daha təbrik edib, onlara firavan həyat arzulayıb.

Qaraxanbəyli kənd sakini Məmməd Məmmədov minnətdarlıq edərək deyib: Son illər muxtar respublikada aparılan quruculuq işləri sakinlərə rahat və firavan həyat bəxş edib. Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərində içməli su problemi var idi. Sakinlər öz məhəllələrində su kranlarının quraşdırılacağını xəyal edirdilər. Lakin bu gün hər bir evə su və kanalizasiya xətti çəkilib, insanlar öz mənzillərində təmiz və dayanıqlı su ilə təmin olunublar. Həmçinin kəndlərdə geniş quruculuq, abadlıq işləri aparılıb, sosial obyektlər istifadəyə verilib, şəhər rahatlığı yaradılıb. Bütün bunlar ölkəmizdəki inkişafın, sabitliyin, ən əsası isə insana qayğının daha bir ifadəsidir.

Ali Məclisin Sədri Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərində yeni içməli su və kanalizasiya şəbəkəsinin istifadəyə verilməsini bildirən qurğunu işə salıb.

Bulqan Kənd Mərkəzinin açılışı olub

Noyabrın 1-də Bulqan Kənd Mərkəzinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, ikimərtəbəli binada rabitə evi, feldşer-mama məntəqəsi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik və 73 yerlik iclas zalı yerləşir. Kitabxana fondunda 2500-dən artıq ədəbiyyat vardır. Kəndə fiber-optik xətt çəkilib, rabitə evində poçt bölməsi fəaliyyətə başlayıb, 384 yerlik yeni nəsil ATS quraşdırılıb, sürətli internetdən istifadə imkanları yaradılıb.

Yeni Azərbaycan Partiyası Bulqan kənd ərazi ilk təşkilatının 114 üzvü vardır. Onlardan 42-si gənclər, 46-sı isə qadınlardır. Geniş iclas zalı kənddə mədəni-kütləvi tədbirlərin keçirilməsinə imkan verəcəkdir.

Binanın birinci mərtəbəsində yerləşən feldşer-mama məntəqəsi 3 otaqdan ibarətdir. Məntəqəyə peyvənd və ilkin tibbi yardım çantaları, dərman preparatları və tibbi avadanlıqlar qoyulub.

Ali Məclisin Sədri kənddə səhiyyə xidmətinin təşkili ilə maraqlanıb, tibbi qeydiyyatın aparılması və səhiyyə maarifi işinin təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.

Kənddə yeni xidmət sahəsi yaradılıb

Muxtar respublikanın kəndlərində tikilən xidmət mərkəzlərində yeni iş yerləri açılmaqla yanaşı, həm də sakinlərin gündəlik məişət tələbatı ödənilir, kəndlərdə istehsal olunan məhsullar satışa çıxarılır.

Noyabrın 1-də Bulqan kəndində xidmət mərkəzi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin açılışını edib, yaradılan şəraitlə maraqlanıb.

Bildirilib ki, xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları fəaliyyət göstərir. 5 nəfərin işlə təmin olunduğu mərkəzdə yerli məhsulların satışına üstünlük verilir.

Xidmət mərkəzi ilə tanışlıqdan sonra Ali Məclisin Sədri Bulqan kənd sakinləri ilə görüşüb, kənddə əhalinin tələbatını ödəmək imkanında olan yeni xidmət sahələrinin yaradıldığını və iş yerlərinin açıldığını bildirib.

Bulqan kəndində abadlıq işləri də görülüb, 1340 metr müxtəlif tutumlu rabitə xətti çəkilib, 1500 metr müxtəlif diametrli qaz xətlərində təmir-bərpa işləri aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNƏCƏK

Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam

Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb

Mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir

Kinomuzun Babəki məktəblilərlə görüşəcək

Nazir müavini: Macar şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard dolları ötüb

Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb

Türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub

“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb

Assosiasiya sədri: Azərbaycanda arbitraj sisteminin yaradılması beynəlxalq nizama da töhfə verəcək

Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir

ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans işə başlayıb

Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcəyi tarix açıqlanıb

Bakıda "Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda elmi konfrans keçirilir

Argentina hökuməti dövlət universitetlərini maliyyələşdirilməyəcək

Səidə Şəfiyeva: Mətbuat xidmətlərinin rəhbərləri üçün keçirilən tədbirlərə xarici ekspertlər cəlb olunub

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək

Nazir: Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır

Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri ilə görüşüb

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib VİDEO

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Şimali Makedoniyada prezident seçkilərində müxalif namizəd liderlik edir

Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür

Məhkəmə-Hüquq Şurasının sədri: Yerli məhkəmələr arbitraj institutunun uğurlu olması üçün lazımi dəstəyi verəcək VİDEO

Naxçıvan Dövlət Universiteti ilə Finlandiyanın Helsinki Universiteti arasında əməkdaşlıq əlaqələri qurulur

"Neftçi"nin legioneri: “Qarabağ”a məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirik

Rektor: COP29-un bu il Azərbaycanda keçirilməsi aparılmış məqsədyönlü dövlət siyasətinin bariz nümunəsidir

İnam Kərimov: Azərbaycanda məhkəmə-hüquq islahatları hər zaman dövlətin diqqət mərkəzində olub

“Qarabağ” və “Zirə” Azərbaycan Kubokunda ikinci dəfə finalda qarşılaşacaq

Vətəndaşlara Laçına fərdi avtomobilləri ilə səfər etmələrinə icazə veriləcək

Magistraturaya qəbul imtahanının II cəhdində 19 min 716 nəfər iştirak edəcək

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”nin göstəricisini təkrarlayıb

Azərbaycanın 7 cüdoçusu Avropa çempionatında mübarizəyə başlayır

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir VİDEO