CƏMİYYƏT


Qaradağ rayonunda 43 mindən çox sakin tibbi müayinə edilib

Bakı, 17 may, AZƏRTAC

Ölkə başçısının tapşırığına uyğun olaraq bu il fevral ayının 15-dən başlanılan tibbi müayinə tədbiri mayın 15-də başa çatıb. Qaradağ rayonunda da aparılan əhalinin tibbi müayinədən keçirilməsi tədbirinə yekun vurulub.

AZƏRTAC-ın rayon icra hakimiyyətinin saytına istinadla xəbər verir ki, rayonun səhiyyə müəssisələrində 11 qəsəbə üzrə 43,4 min nəfərdən çox sakin həkim müayinəsindən keçib. Aşkar edilən xəstəliklərlə əlaqədar müalicələr təyin olunub və ya müvafiq tibb müəssisələrinə göndərilib.

Tibbi müayinənin son günü rayonun Səngəçal qəsəbəsindəki tibb məntəqəsində 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkim briqadası qəsəbə sakinləri üçün səyyar tibbi müayinə tədbiri təşkil ediblər.

Rayon sakinləri onların sağlamlığına göstərilən qayğı üçün ölkə başçısı İlham Əliyevin təşəbbüsünü ürəkdən bəyəndiklərini bildiriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.