CƏMİYYƏT
Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib
Bakı, 24 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Ələt magistralının 48-ci kilometrliyində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qaradağ rayonunun Qobustan qəsəbəsində “Opel” markalı minik avtomobili dayanmış vəziyyətdə olan “Shacman” markalı yük avtomobilinə çırpılıb.
Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal hadisə yerinə cəlb olunublar. Minik avtomobilində sıxılmış vəziyyətdə qalmış üç cəsəd (kişi, qadın və uşaq) çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]