CƏMİYYƏT


Qaradağ rayonunda keçirilən yığıncaqda Azərbaycan gənclərinin İnkişaf Strategiyasından danışılıb

A+ A

Bakı, 1 fevral, AZƏRTAC

Gənclər Günü münasibətilə Qaradağ rayonundakı Heydər Əliyev Mərkəzində yığıncaq keçirilib.

AZƏRTAC xəbər verir ki, çıxış edən Qaradağ Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov dövlət gənclər siyasəti istiqamətində görülən işlər, Gənclər Günü münasibətilə keçirilən tədbirlər barədə məlumat verib. Azərbaycanda gənclər hərəkatının tarixindən, gənclərin müxtəlif tarixi mərhələlərdə iştirakından danışıb.

Milli Məclisin deputatı Aydın Hüseynov gənclərimizin Azərbaycanın ictimai-siyasi həyatında oynadıqları roldan, ölkəmizin reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında fəaliyyətlərindən bəhs edib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov dövlət orqanlarının diqqətini gənclərlə bağlı məsələlərə yönəltmək məqsədilə Prezident İlham Əliyevin həyata keçirdiyi sosial islahatlardan, o cümlədən 2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyasından söz açıb.

İcra hakimiyyəti başçısının müavini Təranə İsmayılova Qaradağ rayonunda aparılan quruculuq və abadlıq işlərindən, yaxın gələcəkdə reallaşacaq irimiqyaslı layihələrdən danışaraq bu istiqamətdə gənclər üçün böyük perspektivlərin olduğunu söyləyib.

Gənclər adından çıxış edən Könül Əhmədova ölkədəki gənclər hərəkatına, idmana göstərilən diqqət və qayğıya, yaradılan hərtərəfli şəraitə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Sonda Qaradağ rayonunun ictimai-siyasi həyatında fəal iştirak edən gənclər fəxri fərmanlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.