Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Qaradağ rayonunda məcburi köçkün ailələri üçün yaşayış kompleksinin təməli qoyulub
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib YENİLƏNİB 3

Bakı, 30 may, AZƏRTAC

Mayın 30-da Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsinin şimal-şərqində Lökbatan-Qobu yolunun 3 kilometr şərq hissəsində məcburi köçkünlər üçün salınacaq yeni müasir yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva mərasimdə iştirak edib.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov yaşayış kompleksinin baş planı, burada inşa olunacaq məktəb və uşaq bağçasının planı ilə tanış olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya məlumat verdi ki, yaşayış kompleksinin tikinti layihəsi üzrə hər biri 2 bloklu, 9 mərtəbəli 11 yaşayış binasının inşası nəzərdə tutulub. Yaşayış binalarında ümumilikdə 1026 mənzil olacaq. Binalardakı mənzillərin ümumu sahəsi 73 min kvadratmetrdir. Mənzillər 1, 2, 3 və 4 otaqdan ibarət olacaq. Bütün mənzillər təmir edilərək və mətbəx mebeli ilə təchiz olunaraq istifadəyə veriləcək. Yeni yaşayış kompleksində hazırda qəzalı binalarda məskunlaşmış 1026 məcburi köçkün ailəsi mənzillə təmin olunacaq. Yaşayış kompleksinə, həmçinin 624 şagird yerlik üçmərtəbəli məktəb binası və 220 yerlik uşaq bağçası, tibb məntəqəsi daxildir. Ərazidə istirahət parkı salınacaq, uşaq meydançaları yaradılacaq.

Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlər, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir. Qaçqın və məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri və çadırlardan müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür. Qaçqın və məcburi köçkünlərin maddi rifahının yaxşılaşdırılması üçün dövlət proqramları qəbul edilib, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülüb.

Bu istiqamətdə atılan mühüm addımlardan biri də martın 9-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr edilən müşavirənin keçirilməsi oldu. Mehriban Əliyeva müşavirədəki çıxışında vurğuladı ki, görülən işlərlə yanaşı, hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda kifayət qədər çox məcburi köçkün ailəsi yaşayır və bu istiqamətdə işlərin sürətləndirilməsi üçün təxirəsalınmaz addımlar atılmalıdır. Birinci vitse-prezident bildirdi ki, Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün köçkün ailələri tezliklə yeni mənzillərə köçürülməlidir.

Mehriban Əliyeva Qaradağ rayonunda məcburi köçkünlər üçün yaşayış kompleksinin təməlini qoydu.

Azərbaycanın Birinci vitse-prezidenti məcburi köçkünlər üçün yaşayış kompleksinin təməlqoyma mərasimində çıxış etdi.

Birinci vitse-prezident Mehriban Əliyevanın
çıxışı

- Xanımlar və cənablar, hörmətli tədbir iştirakçıları.

Bu gün biz qaçqın və məcburi köçkünlərin yaşayış şəraitini yaxşılaşdırmaq məqsədilə Qaradağ rayonunda yeni yaşayış kompleksinin təməlini qoyduq. Artıq 20 ildən çoxdur ki, 1 milyondan artıq azərbaycanlı Ermənistanın hərbi təcavüzü və işğalından əziyyət çəkir. Soydaşlarımızın üzləşdiyi problemlər Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Müstəqilliyimizin ilk illərindən bu istiqamətdə həyata keçirilən tədbirlər, atılan addımlar dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Öz doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşdırılması, işlə, təhsillə, tibbi və digər xidmətlə təmin edilməsi üçün 2004-cü ildə Dövlət Proqramı qəbul olunmuş, 2007-ci və 2011-ci illərdə bu proqrama əlavələr təsdiqlənmişdir. Ümumiyyətlə, bu istiqamətdə həyata keçirilən tədbirlərin icrası üçün 6 milyard manatdan çox vəsait ayrılmışdır.

Hələ 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev seçkiqabağı vədlərində bildirmişdi ki, Azərbaycanda mövcud olan bütün çadır şəhərcikləri 5 il ərzində ləğv ediləcək və biz buna nail olduq, hətta 5 il yox, 4 il ərzində nail olduq. Son çadır şəhərciyi 2007-ci ildə ləğv olundu və çadır şəhərciklərində ağır şəraitdə yaşayan insanlar qaçqın və məcburi köçkün ailələri üçün inşa olunmuş 100-dək müasir yaşayış qəsəbəsinə köçürüldülər. Ümumilikdə, bu, 50 min ailənin, 250 mindən çox insanın yaşayış şəraitinin yaxşılaşdırılması, yeni mənzillə təmin olunması demək idi.

Son 13 ildə 400 mindən çox qaçqın və məcburi köçkün yeni iş yeri ilə təmin olunub. Hər bir qəsəbədə məktəblər, uşaq bağçaları salınıb. Ali və orta ixtisas təhsili ocaqlarında ödənişli formada təhsil alan qaçqın və məcburi köçkünlər təhsil haqqı ödəməkdən azad olunmuşlar. Bu gün də dövlət tərəfindən həyata keçirilən bir sıra proqramlar, özünüməşğulluq, regionlarda ictimai işlərə aid yerlərin açılması məhz bu məqsədə, əhalimizin bu təbəqəsinin sosial problemlərinin həllinə yönəldilib və bir çox sosial problemlər öz həllini tapmaqdadır.

Ümumiyyətlə, Azərbaycan dövlətinin bu sahədə təcrübəsi - həm çadır şəhərciklərinin ləğvi, həm də demək olar ki, humanitar faciənin qarşısının alınması çox nadir bir təcrübədir. Bu təcrübə bütün beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir. Bu sahədə hələ də öz həllini tapmayan problemlər mövcuddur. Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı vəziyyətdə olan binalarda hələ də minlərlə insan yaşayır. Qaçqın və məcburi köçkün ailələrinin əksəriyyəti müvəqqəti məskunlaşdıqları bu ictimai binalarda, uşaq bağçalarında, pansionatlarda, tikintisi bitməmiş binalarda çox ağır vəziyyətdə yaşayırlar. Bu ilin mart ayında məhz bu problemə - qaçqın və məcburi köçkün ailələrinin Bakı və Sumqayıt şəhərlərində qəzalı binalardan köçürülməsinə həsr olunmuş müşavirə keçirilmiş, bütün lazımi tapşırıqlar verilmişdir. Birinci mərhələdə ən qəzalı binalarda yaşayan 4 min ailənin köçürülməsi üçün tədbirlər planı hazırlanmışdır. Hazırda bu plana uyğun olaraq Abşeron rayonunun Masazır qəsəbəsində 3 bina, Sabunçu rayonunun Ramana qəsəbəsində 1 bina inşa olunur. Sumqayıt şəhərində qaçqın və məcburi köçkün ailələri üçün artıq 5 binanın tikintisi başlayıb və digər 5 binanın inşası üçün yer ayrılıb, yaxın zamanda tikinti işləri başlayacaq. Bununla yanaşı, həm Bakı şəhərində, həm də Sumqayıtda artıq tikilmiş hazır binalarda həmin məqsəd üçün dövlət tərəfindən mənzillər alınır.

Bu gün təqdim etdiyimiz layihə, təməlini qoyduğumuz müasir yaşayış kompleksi ölkəmizin özəl sektorunun bu nəcib işə töhfəsidir. Burada, Qaradağ rayonunda 6 hektardan çox ərazidə yeni yaşayış kompleksi yaradılacaq, ümumilikdə, 1026 ailə üçün 9 mərtəbəli 11 bina inşa olunacaq. Qəsəbənin bütün lazımi infrastrukturu olacaq, 220 nəfərlik uşaq bağçası, 624 şagird yerlik orta məktəb binası tikiləcək. Əminəm ki, çox yaxın gələcəkdə - 1 il ərzində insanların rahat yaşaması üçün burada yeni bir qəsəbə salınacaq.

Hesab edirəm, çox gözəl haldır ki, dövlətlə yanaşı, biznes strukturları da, sahibkarlar da ölkəmiz üçün çox vacib olan bu məsələyə, soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşmasına biganə yanaşmayıblar və öz dəstəyini verməyə hazırdırlar. Mən çox şadam ki, bu təşəbbüsə artıq bir sıra şirkətlər qoşulub. Mən bu şirkətlərin adlarını sadalamaq istərdim – “Kristal Abşeron” 5 mənzil təmin edib, “Azercell Telekom” - 2 mənzil, “Kontakt Home” mağazalar şəbəkəsi - 1 mənzil, “Sədərək” ticarət mərkəzi - 1 mənzil, “Retro Holdinq” - 164 mənzil, “Askorp” - 1 mənzil, “Azinşaat N” - 3 mənzil, “Dərhal” MTK - 50 mənzil, “Xəzər” MTK - 2 mənzil, “Araz-2011 A” - 3 mənzil, “Vesta Konstrakşn” - 2 mənzil, “Paşa İnşaat” şirkəti təməlini qoyduğumuz yaşayış kompleksində inşa olunan - 1022 mənzil. Mən soydaşlarımızın problemlərinə biganə qalmayan, dəstək verən bu şirkətlərin rəhbərlərinə dərin minnətdarlığımı çatdırıram. Hesab edirəm ki, bu, çox yüksək qiymətə layiq olan təşəbbüsdür və fürsətdən istifadə edərək Azərbaycanda fəaliyyət göstərən digər şirkətləri, digər sahibkarları bu təşəbbüsü dəstəkləməyə və ona qatılmağa dəvət edirəm. Bu, şübhəsiz ki, Azərbaycan xalqına xas olan xeyriyyəçilik ənənələrinin davamıdır, eyni zamanda, bu, xalqımızın həmrəyliyinin, dövlətimizin gücünün və inkişafının təzahürüdür. Bizim bütün işlərimizin mərkəzində, təməlində Azərbaycan vətəndaşı durur. Bizim məqsədimiz güclü və inkişaf etmiş dövlət qurmaq, hər bir Azərbaycan vətəndaşının rahat yaşamasına nail olmaqdır.

Şübhəsiz ki, hər bir azərbaycanlının ən böyük arzusu ölkəmizin ərazi bütövlüyünün bərpa olunması, torpaqlarımızın işğaldan azad edilməsidir. Mən inanıram ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapacaq və soydaşlarımız doğma torpaqlarına qayıdacaqlar. İşğaldan azad olunan torpaqlarda Azərbaycan dövləti bütün lazımi infrastrukturu quracaq, şəhərlərimizi, qəsəbələrimizi bərpa edəcək. Bir daha deyirəm ki, bizim əziz soydaşlarımız öz doğma torpaqlarına qayıdacaqlar. Buna heç bir şübhə ola bilməz.

Çox gözəl haldır ki, bu gün dövlət qurumları ilə bərabər, özəl sektor, biznes strukturları da bu təşəbbüsə qoşulur. Bir daha qeyd edirəm ki, Azərbaycan dövləti bu sahədə böyük uğurlar əldə edib. Bir çox beynəlxalq təşkilatlar Azərbaycanı nümunə göstərir. Baxmayaraq ki, müstəqilliyimiz bərpa olunandan sonra ölkəmiz ilk illəri çox ağır vəziyyətdə yaşayırdı. Amma biz bu humanitar faciənin qarşısını ardıcıl surətdə almağa nail olduq. İndi qarşımızda duran əsas məqsəd ilk mərhələdə 4 min ailəni yeni mənzillərlə təmin etmək, qəzalı, yararsız binalardan köçürməkdir. Əminəm ki, biz buna birlikdə nail olacağıq.

Mən sizin hər birinizi mübarək Ramazan ayının başlanması münasibətilə təbrik edirəm, Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayıram. Çox sağ olun.

X X X

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli HƏSƏNOV çıxış edərək dedi: 

-Xanım Birinci vitse-prezident.

Hörmətli tədbir iştirakçıları.

İcazə verin, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə və çox hörmətli Mehriban xanım, şəxsən Sizin mükəmməl təşkilatçılıq və idarəçiliyiniz sayəsində mütəşəkkil səviyyədə keçirilən, Azərbaycanın idman tarixinə yeni qələbələr bəxş edən, hazırkı təlatümlü zamanda bütün İslam ölkələri üçün həmrəylik kimi qəbul edilən IV İslam Həmrəyliyi Oyunlarının uğurla başa çatması münasibətilə Sizi səmimi qəlbdən təbrik edim.

Hörmətli Mehriban xanım, Birinci vitse-prezident kimi Siz ilk müşavirəni Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda ağır şəraitdə yaşayan 4 min məcburi köçkün ailəsinin mənzil şəraitinin yaxşılaşdırılmasına həsr etdiniz. Verdiyiniz tapşırıqlara əsasən, müşavirədən dərhal sonra bu istiqamətdə genişmiqyaslı işlərə başlanıldı. Bu gün 1026 məcburi köçkün ailəsi üçün yaşayış kompleksinin təməlinin qoyulması da bu işlərin davamıdır.

Bundan əlavə, Heydər Əliyev Fondunun müraciətinə əsasən özəl təşkilatlardan 210 mənzil ayrılıb və hazırda onlarda son tamamlama işləri həyata keçirilir. Həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 260 ailəlik dörd yaşayış binasının tikintisi sürətlə davam etdirilir və cari ilin iyul ayında başa çatdırılacaq.

İlk müşavirədən sonra minlərlə məcburi köçkün bizə müraciət edərək onların minnətdarlığını Sizə çatdırmağı xahiş etdilər. Bu gün fürsətdən istifadə edərək, bu xoş missiyanı yerinə yetirir, onların dərin hörmət və ehtiramını Sizə bildirirəm.

Hörmətli Mehriban xanım, yaşadığımız dövr çox çətin, kritik, təlatümlü hadisələrlə zəngindir. Bir faktı nəzərinizə çatdırım ki, əgər 30 il əvvəl dünyada 30 milyon qaçqın və məcburi köçkün, 25 münaqişə zonası var idisə, bu gün dünyada qaçqın, məcburi köçkünlərin sayı 65 milyonu keçib və münaqişəli zonaların sayı isə 70-ə qədərdir.

Hesab edirik ki, bu münaqişələr hegemon dövlətlər tərəfindən öz siyasi və iqtisadi məqsədlərinə nail olmaq üçün müxtəlif bölgələrdə bilərəkdən yaradılır. Bu dövlətlərin məqsədi yeni coğrafi ərazilərə, təbii sərvətlərə, xüsusən enerji resurslarına sahib çıxmaq, regionların idarəçiliyinə nəzarət etməkdir. Nəticədə kiçik dövlətlər, xalqlar və günahsız insanlar əziyyət çəkir. Bu problemləri yaradanlar isə dünyaya demokratiya dərsi keçir və insan hüquqlarının qorunmasından danışırlar.

Azərbaycan Prezidenti və Siz daim sülhsevər siyasət yeridir, ölkələri həmişə həmrəyliyə dəvət edir, öz xalqına xidmətlə bütün dünyaya nümunə göstərirsiniz.

Dünyanın super dövləti olan ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə Respublika Günü münasibətilə bu günlərdə ünvanladığı təbrik məktubundan bir cümləni vurğulamaq yerinə düşərdi. O qeyd edib ki, “həm ölkələrimiz, həm də dünya üçün daha gözəl gələcək naminə Sizinlə fəal tərəfdaşımız kimi işləməyi səbirsizliklə gözləyirəm”. Bu, məhz ölkə Prezidentinin və Sizin xalq üçün gördüyünüz işlərə beynəlxalq ictimaiyyət tərəfindən verilən ən yüksək qiymətdir. Ancaq ən layiqli qiyməti Azərbaycan xalqı verib.

Azərbaycan Prezidenti dəfələrlə qeyd edib ki, bizim əsas vəzifəmiz, məqsədimiz xalqımıza xidmət etməkdir. Son 13 ildə öz tarixi yurdlarından didərgin düşmüş soydaşlarımız üçün 95 qəsəbənin tikilməsi, 250 min nəfərin mənzillə təmin edilməsi bu xidmətin əyani sübutudur.

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, möhtərəm Prezidentimiz İlham Əliyev və Sizin tərəfinizdən uğurla davam etdirilən bu siyasətin dünyada analoqu yoxdur və dünyanın heç bir münaqişə zonasında, həmçinin bütün Avropa ölkələrində qaçqın və məcburi köçkünlərə belə qayğı yoxdur. Məhz buna görə də qaçqın və məcburi köçkünlərimizin ölkə başçısına və Sizə olan tükənməz inamlarının da dünyada analoqu yoxdur.

Kaş belə münasibəti qaçqın və məcburi köçkün problemi ilə guya məşğul olan dövlətlərdə, beynəlxalq qurumlarda və təşkilatlarda görə biləydik. Buna görə də əminliklə deyirik ki, Azərbaycan xalqının, o cümlədən bütün qaçqın və məcburi köçkünlərin inam və ümid yeri yalnız möhtərəm Prezidentimiz İlham Əliyevdir və Sizsiniz. Hesab edirəm ki, Prezidentimizin və Sizin öz xalqına, qaçqın və məcburi köçkünlərə xidmətiniz, qayğınız biz məmurlar üçün ən yaxşı nümunədir.

Hörmətli Mehriban xanım, bugünkü tədbirdə ölkəmizdəki iş adamlarını bu məsələyə cəlb etməklə yeni ənənənin əsasını qoyursunuz. Necə ki, cənab Prezident dünyanı iqtisadi böhran bürüyən, neftin qiyməti sürətlə aşağı düşən zaman vəziyyətdən çıxış yolu üçün Ulu Öndərin 1970-ci illərdəki təcrübəsinə müraciət edərək kənd təsərrüfatının, qeyri-neft sektorunun inkişafını ön plana çəkdi. Bütün bunlar onu göstərir ki, ölkəmizdə ehtiyat potensial hələ çoxdur və mövcud problemlərin həllində belə imkanlardan səmərəli istifadə etmək olar.

Hesab edirik ki, burada iştirak edən və digər imkanlı iş adamlarımız bu çağırışa qoşularaq, məcburi köçkünlərin vəziyyətini yaxşılaşdırmaq üçün öz imkanlarını əsirgəməyəcəklər.

Məlumat üçün bildirim ki, bu il Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün bütün zəruri sosial infrastruktura malik yeni qəsəbə tikilir. 2016-cı ilin aprel döyüşləri zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz tərəfindən Lələtəpə yüksəkliyinin azad edilməsindən sonra Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində yaşayışın bərpa edilməsi üçün imkan yarandı. Prezident İlham Əliyev tərəfindən kənddə birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının, müvafiq infrastrukturun tikintisi, yolun çəkilişi ilə bağlı sərəncamlar imzalandı. Eyni zamanda, Şuşa məscidinin oxşarı olan məscidin tikintisi ilə bağlı tapşırıq verildi.

Bütün bu tikinti işləri son 2 ay müddətində başa çatdırılıb və yaxın günlərdə qəsəbənin açılış mərasimindən sonra Cocuq Mərcanlı sakinlərinin öz evlərinə qayıdışı təmin ediləcək. Bu, Böyük Qayıdışın başlanğıcıdır. Aprel zəfəri isə Azərbaycan Ordusunun hərb tarixində şanlı səhifədir.

Bu gün daha bir yeni yaşayış kompleksinin təməli qoyulur. Məcburi köçkünlər yaxşı bilirlər və bunu dəfələrlə xarici qonaqlara da qətiyyətlə bildiriblər ki, inşa edilən bu yeni qəsəbələr onların müvəqqəti məskunlaşma yerləridir. Məcburi köçkünlər yaxşı şəraitdə yaşamağa layiqdirlər. Çünki onlar həmişə bütün ictimai-siyasi proseslərdə dövlətçilik mövqeyindən çıxış edib, ulu öndər Heydər Əliyevə, cənab Prezidentə və Sizə öz sadiqliyini daim nümayiş etdiriblər.

Ölkə Prezidenti cənab İlham Əliyevi və şəxsən Sizi tam əmin edirəm ki, bundan sonra da verəcəyiniz hər bir tapşırıq, o cümlədən məcburi köçkünlərlə bağlı göstərişləriniz vaxtında, sürətlə və keyfiyyətlə icra olunacaq.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Sonra “Paşa İnşaat” şirkətinin layihə rəhbəri Kamil ƏLİYEV çıxış edərək dedi:

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilən soydaşlarımıza dövlətimiz tərəfindən daim diqqət göstərilir. Bu istiqamətdə həyata keçirilən dövlət siyasəti, müvafiq proqramların qəbulu və onların icrası göz qabağındadır.

Azərbaycan dövləti məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması və onların məşğulluğunun artırılması üçün çox böyük işlər görür. Son 13 ildə 400 min qaçqın və məcburi köçkün işlə təmin edilib. Ödənişli formada təhsil alan məcburi köçkünlər təhsil haqqını ödəməkdən azad olunublar. Qaçqın və məcburi köçkünlər üçün 100-dək müasir yaşayış kompleksi salınıb, 250 min məcburi köçkün yeni mənzillə təmin olunub. Bütün bunlar dövlətimizin və şəxsən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qaçqın və məcburi köçkünlərə olan diqqət və qayğısının əyani göstəricisidir.

Hörmətli Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva, bu ilin mart ayında Sizin sədrliyinizlə keçirilmiş müşavirə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuşdu. Azərbaycan xalqının xeyriyyəçilik ənənələrinin davam etdirilməsi ilə bağlı Sizin fikirlərinizi rəhbər tutaraq “Paşa İnşaat” şirkəti dövlətimiz tərəfindən qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə öz töhfəsini verməyi qərara aldı.

X X X

Şuşa rayonundan məcburi köçkün Vəsilə XƏLİLOVA çıxış edərək bildirdi ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli hər zaman dövlətin sosial siyasətinin əsas prioritetlərindən olub. Prezident İlham Əliyevlə yanaşı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da bu kateqoriyadan olan insanların sosial problemlərini hər zaman diqqət mərkəzində saxladığını vurğulayan Vəsilə Xəlilova dedi: 

-Sizin rəhbərliyinizlə Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində məcburi köçkünlərimiz üçün müasir tipli məktəblərin tikilməsində, təmir olunmasında, orada təhsil alacaq şagirdlər üçün kompüter otaqlarının, zəngin fənn kabinetlərinin, məktəb ləvazimatları ilə təmin olunmasında misilsiz xidmətləriniz var. Bütün bu xeyirxah işlərlə bərabər, münaqişənin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun, şəxsən Sizin, Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın zəhməti danılmazdır. Leyla xanımın rəhbərlik etdiyi “Xocalıya ədalət!” kampaniyası Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayıb.

Dövlətimizin başçısı İlham Əliyevin Prezident kimi ilk imzaladığı sərəncamlardan birinin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, məşğulluğunun artırılmasına həsr olunduğunu, Birinci vitse-prezident kimi Mehriban Əliyevanın ilk müşavirəsini məhz məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəltdiyini deyən Vəsilə Xəlilova bunun minlərlə insanın mənzillərlə təmin edilməsinə, onların ağrı-acılarına bir məlhəm olduğunu diqqətə çatdırdı. “Dünyanın heç bir yerində məcburi köçkünlər üçün bu qədər yeni mənzillər tikilib istifadəyə verilməyib”, - deyən Vəsilə Xəlilova hər zaman dövlət qayğısı ilə əhatə edilən iş adamlarını bu xeyirxah təşəbbüsə qoşulmağa dəvət edərək bildirdi:

- Biz həyatın ağrı-acısını görmüş, doğmalarını, əzizlərini itirmiş həssas təbəqəyik. Bu illər ərzində daim dövlətimizin göstərdiyi diqqət və qayğı bizi hər an ruhlandırıb, gələcəyə nikbin baxmaq üçün qüvvət verib. Bunun təzahürüdür ki, mən də dövlətimizin bu diqqət və qayğısından ruhlanaraq öz dissertasiya işimin tədqiqat obyekti kimi məhz məcburi köçkünlərin məşğulluq imkanlarının yaxşılaşdırılması istiqamətini seçmişəm. Hər dəfə bu sahəni tədqiq etdikcə məcburi köçkünlərin arxasında güclü dövlət dəstəyi olduğunun bir daha şahidi oluram. Son 13 ildə 400 mindən çox məcburi köçkünün yeni iş yerləri ilə təmin olunması da buna bariz nümunədir.

Vəsilə Xəlilova görülən xeyirxah işlərə görə bütün məcburi köçkünlər adından Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nəsib Quliyevin intihar etməsilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır

Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb

Washington Post: ATACMS döyüş meydanında vəziyyəti Ukraynanın xeyrinə dəyişə bilər

Prezident İlham Əliyev: Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur

On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq

Bu il Çində satılacaq avtomobillərin 45 faizi elektromobillərin payına düşəcək

“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq

Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub YENİLƏNİB-2

BDU-nun Fizika fakültəsi ilə “Azərbaycan British College” əməkdaşlıq edəcək

Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər

Prezident İlham Əliyev: Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir

Beynəlxalq elmi-praktik konfrans: “Yaşıl iqtisadiyyat - davamlı inkişafın modeli kimi”

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib YENİLƏNİB-2

“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq

Qırğızıstan Qarabağda məktəb tikintisində iştirak edən üçüncü ölkə olacaq

Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a dəvət edib

Azərbaycan-Başqırdıstan biznes-forumunda əməkdaşlıq haqqında 2 sənəd imzalanıb

Prezident İlham Əliyev: Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək

İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək

Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb

Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev: Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk

Pakistanlı alim Nizami Gəncəvi məqbərəsini ziyarət edib

Şuşada həyata keçirilən və planlaşdırılan işlər açıqlanıb

Azərbaycan-Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib ŞƏRH

Hərbi Dəniz Qüvvələri və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

® “STP Şirkətlər Qrupu” ağacəkmə aksiyası keçirib

İdarə direktoru: Azərbaycanın istehsal sahələri və ixrac potensialı bizdə maraq doğurur

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb

Məsim Məmmədov: Laçın aeroportu istifadəyə verildikdən sonra buraya turist axını çox olacaq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

ABŞ nümayəndələri “ASAN xidmət”də olub

A.İ.İsmayılovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

® “Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı

Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu

Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir

Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar

Otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə Laçında konfrans işə başlayıb

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüş keçirilib

® Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib

AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub VİDEO

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb