REGİONLAR


Qaradağ rayonunda məskunlaşan laçınlı məcburi köçkünlərin müraciətləri dinlənilib

A+ A

Ağcabədi, 31 oktyabr, AZƏRTAC

Laçınlı məcburi köçkünlərin problemlərinin öyrənilməsi və vaxtında həll olunması daim diqqət mərkəzində saxlanılır. Laçın rayon rəhbərliyi tərəfindən köçkünlərin məskunlaşdıqları şəhər və rayonlarda mütəmadi olaraq görüşlər keçirilir, əhalini narahat edən məsələlərin həlli məqsədilə lazımi tədbirlər görülür.

AZƏRTAC xəbər verir ki, növbəti görüş rayon İcra Hakimiyyəti Aparatının məsul işçilərinin, idarə, müəssisə, təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələrinin iştirakı ilə Qaradağ rayonunun Ümid qəsəbəsində keçirilib.

Tədbirdə çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli məcburi köçkünlərə göstərilən dövlət qayğısından, onların problemlərinin həlli, sosial rifah və mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

Laçın Rayon İcra Hakimiyyətinin rəhbərliyi məcburi köçkünlərin müraciətlərini dinləyib, problemləri ilə maraqlanıb. Qəbul-görüşdə 94 məcburi köçkün iştirak edib, 16 nəfərin müraciəti dinlənilib. Qaldırılan məsələlərə baxılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Məcburi köçkünlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.