CƏMİYYƏT


Qaradağda “Məktəb seminarları” layihəsi çərçivəsində təlim-seminar təşkil olunub

A+ A

Bakı, 25 oktyabr, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan “Məktəb seminarları” layihəsi çərçivəsində növbəti təlim-seminar Qaradağ rayonunda keçirilib.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, paytaxtın ümumi təhsil məktəblərini əhatə edən layihənin məqsədi keyfiyyətli tədris, təhsil sahəsindəki yeniliklər və s. mövzularda seminarlar keçirmək və bu kimi digər vacib dəyərləri təbliğ etməkdən ibarətdir.

Qaradağ rayonundakı 319 nömrəli tam orta məktəbdə keçirilən təlim-seminarda çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva layihənin məqsədi və gözlənilən nəticələr barədə danışıb. M.Vəliyeva “Keyfiyyətə nəzarət işinin təşkili və təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar və BŞTİ-nin mühüm istiqamətlər üzrə fəaliyyətinin təhlili” mövzusunda çıxış edib.

Təlim-seminarda rayonlar üzrə məktəblərin keyfiyyət göstəricilərinin təqdimatı olub.

Daha sonra mövzular ətrafında fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.