CƏMİYYƏT
Qaradağda dövlət qulluqçuları mükafatlandırılıb
Bakı, 21 iyun, AZƏRTAC
Qaradağ Rayon İcra Hakimiyyətində 23 iyun – Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirilib. AZƏRTAC-a bu barədə rayon icra hakimiyyətindən xəbər veriblər.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edərək söyləyib ki, ölkəmizdə dövlət quruculuğu sahəsində əsaslı islahatlar xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Həmin sahədəki kadr siyasətinin əsas prinsipləri, qulluqçuları cəmiyyətdəki yeri, rolu, hüquq və vəzifələri barədə danışan icra hakimiyyətinin başçısı qeyd edib ki, onların fəaliyyəti həmişə cəmiyyətin diqqət mərkəzində olur və fəaliyyətləri sıravi vətəndaşlar tərəfindən diqqətlə izlənilir, vətəndaşlar gündəlik həyatında rastlaşdığı problemlərin həllində onlara böyük ümidlər bəsləyir və bu ümidləri doğrultmağa çalışmalıdır.
Rayon rəhbəri çıxışında onu da bildirib ki, dövlət qulluğu sahəsində islahatların aparılması, onların sosial rifahının yaxşılaşdırılması Prezident İlham Əliyevin də diqqət mərkəzində dayanır.
Tədbirin sonunda dövlət qulluğunda çalışan bir neçə əməkdaşa Fəxri fərman və hədiyyələr təqdim olunub.