CƏMİYYƏT


Qaradağın 11 qəsəbəsində qurbanlar kəsilərək aztəminatlı ailələrə paylanılıb

A+ A

Bakı, 12 sentyabr, AZƏRTAC

İslam dünyasının xeyirxahlıq, qardaşlıq və yardımlaşma kimi gözəl hisslərini təqdim edən ən əziz bayramlardan biri olan müqəddəs Qurban bayramı Qaradağ rayonu ərazisində də qeyd edilib.

Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində rayonda yaşayan şəhid ailələrinə, əlillərə, müharibə veteranlarına, tənha ahıllara və aztəminatlı ailələrə Qurban sovqatı paylanıb.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşlarının, rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edənlər həmrəylik və mənəvi saflıq kimi yüksək dəyərləri aşılayan Qurban bayramı münasibətilə xalqımızı, eləcə də Qaradağ sakinlərini təbrik edib, Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizə daim ehtiramla yanaşdığını vurğulayıb və belə tədbirlərin vətəndaşlara dövlət qayğısının təzahürü olduğunu söyləyiblər.

Qurban bayramı münasibətilə ümumilikdə rayonun 11 qəsəbəsində qurbanlar kəsilib, aztəminatlı ailələrə qurban payı verilib.

Bundan əlavə, rayon ərazisində yerləşən hərbi hissələrin şəxsi heyətləri ilə bayram münasibətilə görüşlər keçirilib. Tədbir zamanı əsgərlər üçün müqəddəs Qurban bayramı münasibətilə göndərilmiş qurbanlıq qoyunlar kəsilib.

Göstərilən yardımı böyük sevinclə qarşılayan hər bir ailə Müqəddəs bayramların ölkə ərazisində yüksək səviyyədə keçirilməsinə və onlara yetirilən hərtərəfli diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.