ELM VƏ TƏHSİL


“Qaranquş” jurnalının təqdimatı olub

Bakı, 3 fevral, AZƏRTAC

“TEAS PRESS” Nəşriyyat Evinin təsis etdiyi “Qaranquş” adlı aylıq jurnalın (www.qaranqush.az) ilk nömrəsi nəşr olunub.

AZƏRTAC xəbər verir ki, fevralın 3-də Avropa Azərbaycan Məktəbində jurnalın təqdimat mərasimi keçirilib. Mərasimdə jurnalın baş redaktoru Aysel Zahidqızı nəşr haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, 44 səhifəlik jurnalın hazırlanmasında Azərbaycanın tanınmış uşaq yazarları və illüstratorları iştirak ediblər. Jurnalın əsas maskotu fərqli dizayn edilmiş qaranquşdur və oxucular üçün müxtəlif məlumatlar onun dilindən təqdim olunur.

Məktəbəqədər və məktəb yaşlı uşaqlar üçün nəzərdə tutulan jurnalda maraqlı hekayə və məqalələrlə yanaşı, ingilis dilində müxtəlif mövzularda materiallar verilir.

Nəşrə ibtidai siniflər üçün tədris planında yer alan mövzulara uyğun hekayə və məqalələr də daxil edilir.

“Qaranquş”da 5-10 yaş arası uşaqları maraqlandıran mövzulara aid rubrikalar açılıb.

Tanınmış şair Qəşəm Nəcəfzadə və digər çıxış edənlər də yeni nəşr barədə fikirlərini bölüşüb, uşaqların mənəvi tərbiyəsində onun əhəmiyyətini vurğulayıblar.

“TEAS PRESS” Nəşriyyat Evi (www.teaspress.az) Azərbaycanda nəşriyyat işinə dəstək vermək, xarici dillərdən akademik nəşrlərin Azərbaycan dilinə yüksək keyfiyyətlə tərcüməsi və nəşri, həmçinin Azərbaycanın xaricdə tanıdılmasına töhfə vermək məqsədilə Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təsis edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.