MƏDƏNİYYƏT
“Qardaşlıq mədəniyyəti” adlı ədəbi-bədii gecə keçiriləcək
Bakı, 12 oktyabr, Zərəngiz Mansurova, AZƏRTAC
Oktyabrın 19-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyinin (AYB), Gənc Şairlər Birliyinin, Türkiyə Elm və Ədəbiyyat Əsərləri Sahibləri Məslək Birliyinin (İLESAM) və Yunus Əmrə İnstitutunun birgə təşəbbüsü ilə “Qardaşlıq mədəniyyəti” adlı ədəbi-bədii gecə keçiriləcək.
AYB-dən AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunacaq. Ədəbi-bədii gecədə elm, mədəniyyət, ədəbiyyat və incəsənət xadimlərinin məruzələri dinləniləcək. Habelə AYB-nin, İLESAM-ın, Gənc Şairlər Birliyinin üzvləri, Türkiyədən gəlmiş yazıçı və şairlər yeni əsərlərini oxuyacaq, fikir mübadiləsi aparacaqlar.
Sonda incəsənət ustaları konsert proqramı ilə çıxış edəcəklər.