İDMAN


Qaret Beyl 2022-ci ilədək “Real”da qalacaq

A+ A

Bakı, 31 oktyabr, AZƏRTAC 

Madridin “Real” futbol klubu uelsli yarımmüdafiəçi Qaret Beylin müqavilə müddətini 2022-ci il iyunun 30-dək artırıb.

AZƏRTAC Madrid klubunun mətbuat xidmətinə istinadla xəbər verir ki, 27 yaşlı futbolçunun bundan əvvəlki müqavilə müddəti 2019-cu ilədək nəzərdə tutulmuşdu.

Yeni sazışdə onun həm də illik əməkhaqqı məsələsinə də aydınlıq gəlib. Məlum olub ki, Q.Beyl komandanın kapitanı Serxio Ramos qədər əməkhaqqı alacaq. Onun illik maaşı 10 milyon avro təşkil edəcək.

Qeyd edək ki, uelsli futbolçu “Real”a 2013-cü ildə İngiltərənin “Tottenhem” klubundan 101 milyon avroya transfer edilmişdi. O, “Kral” klubunda ikiqat Çempionlar Liqası və 2013/2014-cü il mövsümündə İspaniya kubokunun qalibi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.