İDMAN


Qaret Beyl Uelsdə altınci dəfə ilin ən yaxşı futbolçusu seçilib

Bakı, 10 noyabr, AZƏRTAC

Uels millisi və Madridin “Real” klubunun hücumçusu Qaret Beyl vətənində yenə ilin ən yaxşı futbolçusu seçilib.

AZƏRTAC xəbər verir ki, 27 yaşlı futbolçu bu mükafata ardıcıl dördüncü il, son yeddi ildə isə altıncı dəfə sahib olub. O, “Twitter”dəki şəxsi səhifəsində onu mükafata layiq bilən hamıya minnətdarlığını çatdırıb. Beyl bu uğurun onun üçün böyük şərəf olduğunu bildirib.

Qeyd edək ki, Beyl bu il “Real Madrid”lə Çempionlar Liqasının qalibi olmaqla yanaşı, milli ilə Avropa çempionatında yarımfinaladək irəliləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.