CƏMİYYƏT
Qarlı hava şəraiti nəticəsində paytaxtda üç yol-nəqliyyat hadisəsi baş verib
Bakı, 8 dekabr, AZƏRTAC
Dekabrın 8-də səhər saatlarında paytaxtda maddi zərərlə nəticələnən üç yol-nəqliyyat hadisəsi baş verib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov AZƏRTAC-a bildirib ki, qəzalara səbəb sürücülərin yol və meteoroloji şəraiti nəzərə almamaları olub.
V.Əsədov paytaxt sakinlərinə, sürücülərə müraciət edərək bildirib ki, yol və meteoroloji şərait mütləq nəzərə alınmalıdır. Bu şəraitə uyğun sürət həddi seçilməlidir. Elə etmək lazımdır ki, hərəkət istiqamətində olarkən hər hansı bir təhlükə yaranarsa sürücü ondan yayına bilsin.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]