SİYASƏT


Qarsda “Heydər Əliyev və dünya azərbaycanlıları” mövzusunda konfrans keçirilib

Qars, 28 dekabr, АZƏRTAC

Azərbaycanın Qarsdakı baş konsulluğunun təşkilatçılığı ilə bu şəhərdə yerləşən Heydər Əliyev adına Liseydə “Heydər Əliyev və dünya azərbaycanlıları” mövzusunda konfrans keçirilib.

Konfransda baş konsulluğun əməkdaşları, Heydər Əliyev Liseyinin kollektivi, Qars Qafqaz Universitetində çalışan Azərbaycandan olan görkəmli ziyalılar, elm və mədəniyyət xadimləri, QHT və KİV təmsilçiləri, Türkiyə ictimaiyyətinin tanınmış nümayəndələri, o cümlədən digər rəsmi şəxslər iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Sonra Azərbaycanın tarixi, mədəniyyəti və müasir sosial-iqtisadi inkişafını əks etdirən film nümayiş olunub.

Konfransda Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyevin, Qafqaz Universitetnin dosenti Ellada Gərayzadənin, Heydər Əliyev Liseyinin direktoru Rəcəb Uğurluelin, bu təhsil ocağının müəllimləri Gökay Şimşirin və Abdullah Dumanın çıxışları dinlənib.

N.Quliyev ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası, o cümlədən Ulu Öndərin dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq istiqamətində apardığı siyasətin və qəbul etdiyi tarixi qərarların uğurlu nəticələri barədə ətraflı məlumat verib. Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin tarixi qərarı ilə həyata vəsiqə qazanan Dünya Azərbaycanlılarının Həmrəylik Günü Azərbaycan xalqının mənəvi birliyini özündə ehtiva edir, eləcə də dünyanın müxtəlif guşələrində məskunlaşan soydaşlarımızın birliyinin möhkəmləndirilməsi istiqamətində atılmış ən dəyərli addım kimi özünü doğruldub.

Digər çıxışlarda Dünya Azərbaycanlılarının Həmrəylik Gününün önəmindən, qarşıya qoyduğu vəzifələrdən bəhs olunub. Qeyd olunub ki, bütün dünyada azərbaycançılıq ideologiyası ilə yaşayan hər kəs bu günü qürurla qeyd edir.

Sonra Heydər Əliyev Liseyinin şagirdləri Azərbaycana, Vətənimizin gözəlliyinə, xalqımızın həmrəyliyinə həsr olunan şeirlər oxuyublar.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Qars

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.